Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada Ukraynanı vurmaq üçün nə qədər İran PUA-ı qalıb? - Analitiklər
Rusiyada Ukraynanı vurmaq üçün nə qədər İran PUA-ı qalıb? - Analitiklər

"İran pilotsuz təyyarələrinin Rusiya Federasiyasındakı ehtiyatları başa çatmaq üzrədir. Moskvanın ancaq bir neçə irimiqyaslı hücuma gücü çata bilər".

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika Müharibənin Tədqiqi İnstitutunun (MTİ) analitikləri Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikovun yanvarın 7-də: "rusların əlində 90 İran pilotsuz təyyarə qalıb" - sözlərinə istinadən gəldikləri etimalı açıqlayıblar.

“Rusiya qoşunları İrandan yeni bir partiya RUA almadığı təqdirdə, yalnız bir neçə irimiqyaslı zərbələr üçün kifayət qədər pilotsuz təyyarələri var. Kəşfiyyat məlumatlarına əsasən, son zamanlar İrandan Rusiyaya belə bir yükün gətirilməsi qeydə alınmayıb. Əvvəlki hücumlar zamanı məhv edilə aparatların sayına əsasən demək olar ki, artıq Rusiyada olan İran pilotsuz təyyarələri tükənmək üzrədir”, - mesajda deyilir.

Eyni zamanda ekspertlər Rusiya Dövlət Dumasının rəhbəri Vyaçeslav Volodinin ikitərəfli əməkdaşlığı genişləndirmək üçün yanvarın 23-də İran prezidenti İbrahim Rəisə ilə görüşdüyünü xatırladıblar. Analitiklər istisna etmirlər ki, söhbət həm də Rusiya ordusuna silah sistemlərinin verilməsindən gedib. Bildirilir ki, tərəflər bu barədə heç bir məlumat verməyiblər.

Yanvarın 26-da rus işğalçıları Ukrayna ərazisinə növbəti kütləvi hava hücumu həyata keçirdilər. Ruslar Ukraynanı pilotsuz təyyarələr və raketlərlə vurdular. 11 rayonda əsasən İran istehsalı olan pilotsuz uçuş ataratlarının "qonaq" gəldiyi qeydə alınıb.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, gün ərzində ruslar Ukraynaya 37 hava zərbəsi endirib, o cümlədən 17 “Şahed-136” pilotsuz uçuş aparatından istifadə ediblər. Ukrayna ordusu bütün dronları məhv edib.

Bundan əlavə, işğalçılar 59 raket atışı həyata keçirib, onlardan 47-si məhv edilib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »