Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrandakı səfirliyimizə vəhşi hücumla bağlı Azərbaycanın cavabı nə olacaq?
İrandakı səfirliyimizə vəhşi hücumla bağlı Azərbaycanın cavabı nə olacaq?

Bu gün səhər saat 8:30 radələrində Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edilib. Hadisə zamanı Azərbaycan hüquq-mühafizə orqanlarının səfirliyin mühafizəsinə cavabdeh olan əməkdaşı Orxan Əsgərov həlak olub, daha bir nəfər isə yaralanıb.

Politoloq Samir Hümbətov bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, şübhəsiz ki, bu terror aktı planlı və məqsədyönlü həyata keçirilib. Hadisəni törədən şəxs yaxalanıb.

Bu addım artıq Azərbaycanda bıçağın sümüyə dayanması halına gətirib çıxarır.

Samir Hümbətov Samir Hümbətov

Yəni Azərbaycan illərlə özünü dost göstərib ikiüzlü siyasət yürüdən, özünü Ermənistanın qardaşı hesab edən İrana müvafiq cavabı verməlidir.

“Bu hadisənin arxasında bir çox səbəblər var. Biz tarixə baxdıqda İranın öz ərazisində digər dövlətlərin səfirliklərinə qarşı belə addımlar atdığının dəfələrlə şahidi olmuşuq. Yəni bu ilk deyil! İslam İnqilabının sonrasında İran, ABŞ səfirliyinə hücum etdi, səfirlik əməkdaşlarını 444 gün əsirlikdə saxladı. Buna bütün dünya şahid. Səfilriklər həmin ölkələrin digər ölkələrdəki əraziləri sayılır. Bu səbəbdən də bunu Azərbaycan dövlətinə verilən bir mesaj kimi qəbul etmək lazımdır! İran bu terror hadisəsi ilə demək istəyir ki, “biz istənilən hücumu edə bilərik!”"

Politoloq hesab edir ki, Azərbaycan Xarici İşlər Nazilyi və müvafiq qurumlar bu hadisə ilə bağlı araşdırmalar aparıb, müvafiq addımlar atacaq. "İndiki halda İranın belə addım atmasını, bu cür alçaq davranışını qeyri-adi qarşılamamlıyıq. Çünki bu onlardan gözlənilən addımdır. Dövlət olaraq İran terrorçu dövlət olduğu üçün bu addım bizi təəccübləndirməməlidir. Orada olan indiki teokratik molla rejimi əslində bu addımı bilərəkdən atıb. Azərbaycan Beynəlxalq hüququn veridiyi bütün imkanlardan istifadə edərək bu məsələnin üzərində durub, İranı lazım olan addımları atamağa məcbur etməlidir, İranın cavabı verilməlidir. Unutmamaq lazmdır ki, İranın da Azərbaycanda səfirliyi var. Eyni adekvat addımı Azərbaycan vətəndaşları da göstərə bilər, bəli kimsə edə bilər. Bu isə o deməkdir ki, ortaya böyük bir münaqişə çıxa bilər”. Politoloq qeyd edib ki, İran yaxın zamanda Azərbaycan səfirliyinə edilən hücumu araşdırmasa, bu böyük bir problemin başlanğıcı ola bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »