Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan İrandakı səfirliyinə silahlı hücum olub - Video
Azərbaycan İrandakı səfirliyinə silahlı hücum olub - Video

27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub.

Bizimyol.info xəbər verir ki, bu barədə Azərbayacan Xarici İşlər Nazirliyinin mərbuat xidməti idarəsi məlumat verib.

Bildirilir ki, hücum edən şəxs kalaşnikov markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir.

Hal-hazırda bu xain hücum üzrə araşdırma gedir.

Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »