Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yens Stoltenberq hazırkı vəziyyətdən məyusdur - Conkar
Yens Stoltenberq hazırkı vəziyyətdən məyusdur - Conkar

NATO Parlament Assambleyasının Türk Qrupu NATO-da bir günlük toplantıya qatıldığı vaxtda, prezident Rəcəb Tayyib Ərdoğan İsveçdə Qurani-Kərimin yandırılmasından sonra: "İsveç NATO üzvlüyü üçün bizdən dəstək gözləməməlidir" - açıqlamasını verib.

Bizimyol.info xəbər verir ki, yaxın vaxtlarda NATO-nun baş katibi Yens Stoltenberqin İsveç nümayəndə heyəti ilə görüşü planlaşdırıldığı halda, NATO Parlament Assambleyasının Türkiyə Qrupunun sədr müavini Ahmet Berat Çonkar oradakı hadisələrlə bağlı “Hürriyet”ə açıqlama verib.

Conkar: “Biz proses belə davam etdiriləcəyi təqdirdə çox ciddi bir çıxılmaz vəziyyət yaranacağı, həmçinin hadisənin məsələnin ciddiliyini anlayaraq İsveç və Finlandiyanın atacağı addımları ən qısa zamanda görmək istədiyimizi söylədik", - deyə bildirib.

"Stoltenberq bizi diqqətlə dinləyir. O, bizi anlamağa çalışsa da, digər tərəfdən də hadisəyə belə cavab verib: “Bu prosesdə İsveç mühüm addımlar atıb. Lakin, onda asılı olmayayan işlər görüb. Bu işi qızışdıran tərəflər var. Bundan təsirlənsəniz və qapını bağlasanız, kimə faydası olacaq?-deyə şərh verməyə çalışdı", - deyə Qrupunun sədr müavini qeyd edib.

"Bu təxribatların arxasında PKK, eləcə də buna bənzər terror təşkilatlarının ola biləcəyini və onlara qarşı çox diqqətli olmaları lazım olduğunu söylədik. Dedik ki, nə qədər ki, bu cür təxribatçı hərəkətlərə məruz qalırıq, bizimlə ittifaq qanunu çərçivəsində görüşmək mümkün olmayacaq.

Mən hiss etdim ki, Stoltenberq bu prosesdəki hadisələrdən çox narahatdır. İşlər müsbət istiqamətdə getdiyi halda, NATO-nun baş katibi Stoltenberq də bu hadisələrdən müəyyən mənada məyus oldu və onların prosesi idarə edə bilmədiklədini diqqətə çatdırmağa çalışdı", - Conkar deyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »