Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Estoniya Ukraynaya kasetli bombalar verə bilər...
Estoniya Ukraynaya kasetli bombalar verə bilər...

"Estoniya Kiyevin tələb etdiyi kasetli bombalar Ukraynaya təhvil vermək qərarına gəlib. Ancaq bunun üçün Almaniya onların təkrar ixracına icazə verməlidir. Tallin müvafiq xahişlə Berlinə üz tutub".

Bizimyol.info xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur "ERR" agentliyinə bildirib.

“Estoniya Ukraynaya 155 mm-lik artilleriya sursatları verməyə qərar verib. Estoniya və Ukrayna Silahlı Qüvvələri arasında bağlanmış müqavilələrin təfərrüatları, xüsusən də sursatların miqdarı və çeşidi barədə danışmağı lazım görmürəm. Əgər biz Ukraynanı kaset sursatları ilə təmin etsək, mən burada heç bir problem görmürəm, çünki müharibə edən hər iki tərəf artıq Ukrayna ərazisində belə sursatlardan istifadə edir”, - deyə nazir qeyd edib.

Qeyd olunur ki, Estoniya Müdafiə Qüvvələri 1990-cı illərdən Almaniya istehsalı olan kassetli sursatlara malikdir. Almaniya özü belə mərmilərin istehsalı və istifadəsindən imtina edib.

Kassetli bombala mülki şəxslər üçün xüsusilə təhlükəli sayılır. Bu partlamamış hərbi sursatların elementləri, əslində, minaya çevrilir. Artıq 15 ilə yaxındır ki, dünyada kaset bombalarının istifadəsini və satışını qadağan edən beynəlxalq konvensiya qüvvədədir. Lakin Ukrayna, Estoniya və Rusiya Federasiyası bu konvensiyaya qoşulmayıb. Üstəlik, bu müqaviləni xüsusilə ABŞ, Çin və İsrail imzalamayıb.

Yanvarın 23-də məlum oldu ki, Estoniya Ukraynaya bütün 155 mm-lik haubitsalarını vermək qərarına gəlib.

Beləliklə, ölkə elə bir presedent yaratmaq istəyir ki, digər ölkələrin Rusiya Federasiyası ilə müharibədə qalib gəlmək üçün Ukraynanı lazımi silahlarla təmin edə bilməmələri üçün heç bir bəhanə olmasın. Bindan başqa, Estoniya hökuməti Ukraynaya 113 milyon avro məbləğində hərbi yardım göstərmək barədə qərar qəbul edib. Bu yardım paketi hərtərəfli müharibədən sonra ölkənin ən böyük yardım paketi olacaq.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »