Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya XİN Afrika İttifaqının nümayəndəsindən üzr istəyib
Almaniya XİN Afrika İttifaqının nümayəndəsindən üzr istəyib

Almaniya Xarici İşlər Nazirliyi Afrika İttifaqının sözçüsü Ebba Kalondodan Rusiya xarici işlər naziri Sergey Lavrovun qitədə yersiz hesab edilən səfəri ilə bağlı tvitinə görə üzr istəyib.

Bizimyol.info xəbər verir ki, Müvafiq mesaj cümə axşamı Almaniya Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində dərc olunub.

“Biz Afrikalı tərəfdaşlarımızı yüksək qiymətləndiririk. Bizim tvitimiz heç bir şəkildə təhqir etmək məqsədi daşımamışdır. Biz dostlarımızın bu mesajı yanlış anlaşılmasından həqiqətən narahat olduq”, - Almaniya Xarici İşlər Nazirliyi bildirib.

Yanvarın 24-də Almaniya Xarici İşlər Nazirliyi "Twitter"də öz səhifəsində Rusiya diplomatiyasının rəhbərinin Afrika turuna həsr olunmuş mesaj dərc edib: "Rusiyanın xarici işlər naziri Sergey Lavrov Afrikaya bəbirə baxmaq üçün deyil (mesajda emoji istifadə olunub), Ukraynanın tərəfdaşlarının rus olan hər şeyi məhv etmək istədiklərini bildirmək üçün gedib", - deyə tvitdə qeyd edilib.

"Afrikada belə bir mövqe qitəni və afrikalıları istehza obyekti kimi qiymətləndirilrdi və buna çox üzüldük. Afrika qitəsi, insanları və təbiəti sizin üçün zarafat obyektiniz olmağa layiqdirmi?" - deyə Afrika Birliyinin mətbuat katibi Ebba Kalondonun alman diplomatlarına ritorik sualı olub.

"Sizin rəhbəriniz də Burbok Almaniyanın sıx diplomatik əlaqələr saxladığı Afrikanın 20 ölkəsindən birində qərargahı olan Afrika İttifaqına səfər edib. Belə çıxır ki, o da heyvanlara baxmağa gəldi? Yoxsa Afrika qitəsi, onun insanları və vəhşi təbiəti sizin üçün sadəcə bir əyləncədən ibarət idi?", - Kalondo "Twitter"də qeyd edib.

Qeyd edək ki, Rusiyanın Xarici işlər naziri Lavrov Afrikaya hazırkı səfəri zamanı Cənubi Afrika, Esvatini Krallığı, Anqola və Eritreyaya səfər edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »