Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-ın qorxulu hesab etdiyi ssenari: Türkiyə NATO-dan çıxacaqmı...
ABŞ-ın qorxulu hesab etdiyi ssenari: Türkiyə NATO-dan çıxacaqmı...
İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi Türkiyənin NATO-ya üzvlüyü ilə bağlı hərtərəfli müzakirələrə səbəb olub. İsveç və Hollandiyadakı Quran yandırma aksiyaları Türkiyə olduqca önəmli hadisə idi. Üstəlik, Türkiyə daxilindəki bəzi partiya rəhbərlərinin NATO baş katibinin və ABŞ rəhbərliyinin Quran yandırmasını “fikir azadlığı” çərçivəsində qiymətləndirməsi və “qoruyucu” kimi gördükləri NATO-nun “azadlıq” anlayışının nə qədər dəhşətli olduğunu ortaya qoymuş oldu.

ABŞ və NATO-nun mənzil-qərargahında “Türkiyəni NATO-dan azad edək” kimi ifrat fikirlər səslənsə də, görünən odur ki, əsas tendensiya Türkiyənin qurumdan çıxmasının qarşısını almaqdır. 1988-ci ildən bu yana Pentaqon, Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsində mühüm vəzifələrdə çalışan Robert A. Meninqin “Türkiyənin çadırın içində qalması, çölündə qalmasından daha yaxşıdır” fikri bunu izah edir.

Menninq CFR (Xarici Əlaqələr Şurasının) yüksək səviyyəli üzvüdür. O, “Türkiyənin dilemması və ABŞ-ın gücünün hədləri” başlıqlı məqaləsində qısaca olaraq ABŞ-ın çoxqütblü dünyada gücünün sərhədlərini qəbul etməli olduğunu və Türkiyə ilə bağlı siyasətin buna uyğun formalaşmasının gərəkli olduğunu vurğulayır: “Türkiyəni aradan qaldırılmalı olan yaramaz müttəfiq kimi görməkdənsə, bir az strateji empatiya lazımdır” deyə o yazır – “The Hill”, 18 yanvar 2023-cü il.

ABŞ Türkiyənin Atlantik Alyansa sadiq qalmasını prioritet hesab edir. Türkiyəni mühasirəyə alaraq, ilk növbədə Şərqi Aralıq dənizi və Suriyanın şimalından gələn təhlükəni gücləndirərək buna nail olmağa çalışır.

Real vəziyyət belədir: NATO üzvü olmaq ABŞ və onun təşkilatdakı  "müttəfiqləri"nin Türkiyəyə qarşı embarqo və təhdidlərinin qarşısını almır, əksinə Türkiyənin bu təhdidlərə qarşı mübarizəsini bağlayır. Əslində bu, İsveç və Finlandiyanın NATO-ya üzvlüyü prosesində göründüyü kimi, bu təhlükələrin daha da kəskinləşməsinə şərait yaradır.

İddia edilənin əksinə olaraq, NATO ABŞ-a görə üzv ölkələrin təhlükəsizliyini təmin etmək üçün deyil, dünya hegemonluğunu saxlamaq üçün ən təsirli vasitə rolunu oynayır. Bu vəziyyət ən açıq şəkildə Rusiyanın Ukraynaya müdaxiləsindən sonra yaranıb. Avropa ölkələri ABŞ-ın “anti-Moskva” təbliğatlarını obyektiv maraqlarına zidd olsa da, qəbul etməli oldular. Bunu təmin edən zəmin Atlantik Alyansdır və həyata keçirilməsi NATO vasitəsilə baş verib. NATO-ya üzvlük Türkiyənin milli təhlükəsizlik maraqlarının tələbi olaraq obyektiv müttəfiqləri ilə əlaqələri inkişaf etdirməsinə mane olur.

Son bir neçə ildə ABŞ-ın siyasət quruculuğu institutlarında gedən gərgin müzakirələrdə Türkiyənin təşkilatdan çıxması ehtimalı ən təhlükəli ssenari hesab olunur. Onların üzərində dayandıqları məqam hazırkı şəraitdə Türkiyənin Atlantik Alyansdan qopmasının dünyada ABŞ-a qarşı bütün tarazlıqları dəyişəcəyidir. ABŞ-ın keçmiş səfiri Ceyms Ceffri Türkiyənin NATO-dan çıxmasının və daha sonra digər ittifaqlar yaratmasının “NATO-nun yarandığı gündən bəri ona dəyə biləcək ən pis zərbə” olduğunu deyib – “Amerikanın Səsi”, 8 dekabr 2020-ci il.

Ona görə də Türkiyənin öz gücünün fərqində olması və strategiyasını ona uyğun qurması kimi böyük bir öhdəliyi var. Türkiyənin NATO-dan çıxması təşkilatın parçalanmasına yol aça bilər. Beləliklə, Atlantikanın Türkiyəyə qarşı yaratdığı təhlükənin aradan qalxma ehtimalı böyükdür.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »