Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Görünən odur ki, Ermənistan dalana dirənib"
"Görünən odur ki, Ermənistan dalana dirənib"

“Azərbaycan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə Ermənistanla danışıqlar aparmağa hazırdır”,- bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Niderlandın baş naziri Mark Rutte ilə görüşü zamanı deyib.

Prezident Mark Rutteyə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prossesinin vacibliyini vurğulayıb. Qeyd edək ki, Brüssel görüşləri Fransa prezidenti Makronun görüşlərdə iştirakının təklif edilməsindən sonra dayandırıldı. Daha doğrusu, Azərbaycan görüşdən imtina etdi və hələ bu görüşlərin keçirilməsi barədə məlumatlar yoxdur. Görünən odur ki, Ermənistan dalana dirənib.

“Azərbaycan Prezidenti İlham Əliyev DAVOS iqtisadi forumunda keçirdiyi görüşlərdə jurnalsitlərə verdiyi açıqlamalarda Niderlandın baş naziri Mark Rutte ilə danışarkən Azərbaycanın hər zaman verdiyi sözə əməl edəcəyini vurğulayıb. İlham Əliyev dünyada azsaylı prezidentlərdən biridir ki, verdiyi sözün üstündə durur. Bu səbəbdən də əbəs yerə deməyiblər ki, “imzası qədər sözü də keçərlidir”...

Prezidentin Şarl Mişelin rəhbərliyi ilə Nikol Paşinyanla keçirilən bütün görüşlərdə sülh müqaviləsinin imzalanması ilə bağlı razılıq əldə edilmişdi. Bu sülh müqaviləsinin imzalanması üçün Azərbaycan 5 bənddən ibarət öz təklifini irəli sürmüşdü. Avropa İttifaqı, Şarl Mişel şəxsən bu təklifləri bəyənmiş, məqbul hesab etmişdi. Nikola Paşinyan da bu təklifləri dəstəklədiyini və razı olduğunu bildirmişdi. Sadəcə olaraq, problem ondadır ki, Ermənistanın baş naziri özü fikir bildirmək, addım atmaq iqtidarında deyil. Bilirsiniz ki, dekabrın 7-də Şarl Mişelin iştirakı ilə görüş olacaqdı. Görüş razılaşdırılmışdı və sülh müqaviləsinin imzalanması üçün əhəmiyyətli addım atılacaqdı. Yenə də Paşinyanın sərsəm fikri, Fransa prezidenti Makronun görüşdə iştirak etməsi tələbi qoyulması bu görüşün baş tutmasına əngəl oldu. Fransa preizdentinin o görüşdə nə işi ola bilər ki? Fransa prezidenti Nikol Paşinyanın ağıl müəllimi ola bilər, ona məsləhətlər də verə bilər. Ona tapşırıqlar da verə bilər, Paşinyan onun vassalı da ola bilər. Bu onların öz işidir. Biz Azərbaycan onların işinə qarışmırıq. Amma Paşinyanın ağıl müəllimini o görüşdə tələb etməsi gülünc idi. Məsuliyyətsiz bir insanın təklifinə bənzəyirdi. Bu səbəbdən prezidentimiz belə bir görüşdən imtina etmişdi. Prezident Əliyev Azərbaycan xalqını düşünərək, addım atır".

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Ramiz Alıyev danışıb. Ekspert hesab edir ki, 5 -ci Brüssel görüşünə günlər qalmış Paşinyan tərəfindən belə bir təklifin irəli sürülməsi sülh müqaviləsinin imzalanmaması üçün atılan bir addım idi.

Ramiz Alıyev Ramiz Alıyev

“Məsələn, Azərbaycan da tələb edə bilərdi ki, bu görüşdə Türkiyə prezidenti Rəvəb Tayib Ərdoğan da iştirak etsin. Amma bilirsiniz ki, burada iki tərəf Azərbaycan və Ermənistan var. Vasitəçi tərəf isə Avropa İttifaqının prezidenti Şarl Mişeldir. Yəni burada başqa bir ölkənin prezidentinin iştirakı doğru olmaz”.

Ekspertin sözlərinə görə, bir müddət sonra Nikol Paşinyan anlayacaq ki, sülh müqaviləsi önəmlidir. Çünki Makron gəlib Ermənistan xalqının problemini həll edə bilməyəcək. Azərbaycan xalqı doğru yoldadır və bu vəziyyətə heç kim təsir edə bilməz. Çünki Azərbaycan xalqı prezidentinin yanındadır və onu dəstəkləyir.

“Azərbaycan prezidenti 5-ci Brüssel görüşündə xalqı düşünərək iştirak etməkdən imtina edib. Vətən müharibəsi zamanı da Makron dəfələrlə cənab prezidentlə əlaqə yaratmaq istəsə də, mümkün olmamışdı. Azərbaycan xalqı hər şeyi gözəl bilir. Makron da çıxışlarında qeyd edib ki, o dəfələrlə İlham Əliyevlə danışmaq istəsə də prezident ona cavab verməyib. Bu da Azərbaycanın mövqeyidir. Paşinyan nə zaman özü öz ağlı ilə qərar verməyi düşünsə, o zaman sülh müqaviləsi bağlanacaq. Ermənistan dirəndiyi dalandan qurtulacaq və xalqı da normal yaşamağa başlayacaq”-deyə R. Alıyev fikrini yekunlaşdırıb.

P.S. Həqiqətən çox maraqlıdır, Ermənistanın baş naziri Nikol Paşinyan İran və Fransa olmadan qərar qəbul edə bilmirmi?! Yəni siyasətinin gücü bu danışıqların ikitərəfli aparılmasına çatmır!? Mütləq ona ağıl verən, dəstək ola biləcək birinə ehtiyacı var!? Fransa isə mövcud durumdan istifadə edərək, özünə Cənubi Qafqazda yer etməyə çalışır. Əslində sülh müqaviləsinin imzalanmasında türklər demişkən bizim “muhatabımız” Fransa deyil, Ermənistandır... Bu səbəbdən də prezidentin bu görüşlərdən imtina etməsi, sözün əsl mənasında təqdirəlayiqdir. Görünən odur ki, Rusiyadan qopub, Qərbə doğru meyl edən və siyasətini düzgün hesablamadığı üçün dalana dirənən Ermənistan rəhbərliyi gec-tez sülh müqaviləsinin imzalanmasına razı olacaq, çünki Laçın dəhlizindəki aksiyalar, ölkə başçısının Brüssel görüşündən imtina etməsi Ermənistanı çıxılmaz vəziyyətə salıb.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »