Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rəhbərliyin səhvi nəticəsində baş verən Daşaltı əməliyyatından 31 il keçir
Rəhbərliyin səhvi nəticəsində baş verən Daşaltı əməliyyatından 31 il keçir

Bu gün uğursuz “Daşaltı əməliyyatından” 31 il keçir. Aradan illər ötsə də, Azərbaycan öz itkilərini unutmur. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, 2021-ci ilin fevral ayının 17-də Şuşanın Daşaltı kəndində müəyyən edilmiş kütləvi məzarlıqda qazıntı işləri aparılıb. Hərbi strukturlar tərəfindən həyata keçirilən qazıntılar zamanı 25 şəxsə aid olduğu ehtimal edilən meyit qalığı çıxarılıb. Artıq götürülmüş meyit qalıqlarının müəyyənləşdirilməsi işi aparılır.

Milli Məclisin deputatı Vüqar iskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, "Daşaltı" o dövrdə olan ordu, hərbi-siyasi rəhbərliyin səriştəsizliyi üzündən uğursuzluqla həyata keçirilən bir əməliyyatdır.

Vüqar İskəndərov Vüqar İskəndərov

“Şuşa yaxınlığında yerləşən Daşaltı kəndi çox strateji bir ərazidədir. 1992-ci il yanvarın 25-də axaşama yaxın başlanıb və bir gün ərzində təəssüf ki, uğursuzluqla sona çatıb prosses. Daşaltı kəndinin azad edilməsi məqsədilə həyata keçirilib. O dövrdə həmin əməliyyata Müdafiə Naziri Tacəddin Mehdiyev özü rəhbərlik edirdi.

Ovaxtkı Azərbaycan Ordusunun könüllülərdən ibarət 3 bölüyü və Şuşa şəhərinin döyüşçüləri həmin əməliyyatda iştirak ediblər. Əsas problemlər taktiki səhvlər, taborlar arasında rabitə əlaqəsinin olmaması idi, ehtimal ki, əvvəlcədən satqınlıq da olub. Çünki əməliyyat sirri qarşı tərəfə yayılmışdı. Bələdçilərin də xəyanəti olub. Orada bizim döyüşçüləriimiz pusquya salınaraq öldürülüb.

Sonradan daxil olan tağımlar da itki verərək, geri çəkilib. Həmin əməliyyatda 100-ə yaxın itkimiz olub. Daşaltıda bizim əsgər və zabitlərimiz qəhrəmancasına döyüşüblər. Həmin döyüşdə ermənilər də 80-ə yaxın canlı qüvvə və bir neçə ağır texnika da itirib”.

Deputatın sözlərinə görə, bütün bunların səbəbi ölkədə olan qeyri-stabil durum, komandanlıqla ordu arasında əlaqələrin zəif olması və yaxud olmaması, orduda bir çox naşı insanların yüksək vəzifələr daşıması idi.

Məhz buna görə həmin dövrdə torpaqlarımızın bir-birinin ardınca işğalı baş verdi. “Daşaltı əməliyyatı zamanı ermənilərin vandallığı, meyitlərlə davranışları beynəlxalq konvensiyaların kobud şəkildə pozulması, hətta insanlığa qarşı cinayət idi. Aradan 31 il keçir.

2021-ci ildə Daşaltıda məzarlıq aşkarlandı. Oradakı meyitlərin kimliyinin müəyyənləşdirilməsi və digər məsələlərin araşdırılması davam edir”-deyən deputat vurğulayıb ki, vətən öz igidlərini heç vaxt unutmur və onların qanı yerə qalmadı.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »