Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Putin danışıqlar aparmaq üçün heç kimdir
Zelenski: Putin danışıqlar aparmaq üçün heç kimdir

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinlə görüşməkdə və onunla sülh danışıqlarında maraqlı deyil. Ukrayna lideri deyib ki, bu gün Putin onun üçün “heç kim” deyil.

Bizimyol.info xəbər verir ki, o, bu fikri “Sky News”a müsahibəsində deyib.

Prezident qeyd edib ki, Rusiyada kimin qərar verdiyini anlamır və Moskvanın daim sülh elan etsə də, Ukraynaya raketlərlə hücum edərək yalan danışdığını bildirib.

Zelenski Putinlə görüşün müharibənin həllinə kömək edəcəkmi sualına belə cavab verib: "Mənə maraqlı deyil. O, heş kimdir. Onunla görüşmək, danışmaq maraqlı deyil. Rusiyada kimin qərar verdiyini həqiqətən anlamıram”, -  deyə Ukrayna prezidenti bildirib.

Eyni zamanda, Zelenski qeyd edib ki, ukraynalıların həyatını xilas etmək Putin rejiminin başlatdığı ədalətsiz müharibədə onun bir nömrəli prioritetidir: “Mən Rusiyada döyüşmək istəmirəm. Mən sadəcə istəyirəm ki, onlar müharibəni tez bir zamanda dayandırsınlar və ölkəmizi tezliklə tərk etsinlər. Sizə əminliklə deyə bilərəm ki, ərazimizi tərk etsələr, müharibə dayanacaq. Məsələ bununla bitəcək", - Zelenski deyib.

“Danışıqlar üçün çox gecdirmi?” sualına Zelenski belə cavab verib: “Tam miqyaslı işğaldan sonra Putin mənim üçün heç kim deyil. O, hətta, danışıqlarda iştirak edəcək şəxs də deyil”.

Rusiya qüvvələrinin cəmləşməsi ilə bağlı şayiələrə münasibət bildirən ukraynalı baş komandan qeyd edib ki, son günlər daha güclü hücumlar, həmlələr olub və Ukrayna qüvvələrinin müdafiə gücünə malik olması son dərəcə vacibdir.

"Hər şey onları nə qədər saxlaya biləcəyimizdən asılıdır. Şərqdə irəliləyirlər və çoxlu adamlarını itirirlər. Bu sadəcə inanılmaz rəqəmdir. Onlar buna əhəmiyyət vermirlər. Ruslar öz hərbçilərini adam saymırlar. Bu bir faktdır. Biz onları insan hesab edirik. Onların da ailələri, övladları, yaxınları var. Rusayanın hazırkı hakimiyyəti onları açıq-aydın ölümə göndərir və onlar döyüş meydanında məhv edilirlər. Amma hazırda bizdə dəqiq rəqəmlər yoxdur. Onların tərəfində daha çox itki var. Amma artıq gördüyümüz və saydıqlarımıza görə, onların tərəfində minlərlə ölü var. Onlar sadəcə olaraq meyitləri atıb gedirlər və cəsədləri götürmürlər. Bu, bacarıqsızlıqdır və ya rəhbərliyin tapşırığı, artıq onu dəyərləndirə bilmirəm", - deyə Zelenski təəccübləndiyini bildirib.

Xatırladaq ki, ötən ilin oktyabrında Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının 30 sentyabr tarixli qərarını qüvvəyə mindirib, xüsusilə də ölkənin Rusiya prezidenti Putinlə danışıqlar apara bilməyəcəyini bəyan edib.

Bundan əvvəl Ukrayna prezidenti bildirib ki, Avropa İnsan Haqları Məhkəməsinin qərarı sayəsində Rusiyanın təcavüzə görə cavab verəcəyi gün yaxınlaşır: “Avropa İnsan Haqları Məhkəməsi Rusiyanın 2014-cü ildə Ukraynanın şərqindəki ərazilərini ələ keçirməsi və işğalçılar tərəfindən insan hüquqlarının geniş miqyasda pozulması ilə bağlı işin məqbulluğu ilə bağlı qərarını açıqlayıb”, - Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenski bunun hələ də müvəqqəti hüquqi həll olduğunu, lakin bunun sayəsində Rusiyanın təcavüzə görə cavab verəcəyi günə daha yaxınlaşdığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »