Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bill Qeyts: Növbəti epidemiya daha şiddətli olacaq
Bill Qeyts: Növbəti epidemiya daha şiddətli olacaq

Milyarder iş adamı və "Microsoft"un həmtəsisçisi Bill Qeyts növbəti pandemiyanın daha ciddi olacağı barədə xəbərdarlıq edib.

Bizimyol.info xəbər verir ki, Avstraliyanın Sidney şəhərində beyin mərkəzi olan "Lowy" institutunda verdiyi müsahibədə Qeyts dünyanın koronavirus epidemiyası ilə mübarizə reaksiyasını həm tərifləyib, həm də bəzi məqamlarını tənqid edib.

Geyts ABŞ-ın pandemiya dövründə karantin tədbirləri görmək üçün kifayət qədər sürətli hərəkət etmədiyini söyləyib. Bununla belə, o, dünyanın virusun yayılmasına nisbətən yavaş reaksiya verməsindən tamamilə təəccüblənmədiyini qeyd edib: "Pandemiyalar o qədər nadir hallarda baş verir ki, bunlara qarşı həm ölkələrin, həm də tibbi strukturların bacarıqsızlığı daha tez öznü göstərir. Gözlənilməz hal üçün bacarıqsız olmaq asandır", - deyə o bildirib.

Keçən il "Növbəti Pandemiyanın qarşısının alınması" kitabını nəşr edən Geyts, bütün dünya üzrə federal hökumətlərin növbəti qlobal epidemiyadan əvvəl bu tədbirləri çox asanlaşdıracağını gözlədiyini söyləyib.

Ölkələrin belə bir vəziyyətdə birlikdə işləməli olduğunu qeyd edən iş adamı: “Növbəti pandemiyaya "Kovid-19"dan daha şiddətli, öldürücü təsiri daha çox olan və süni bir virusun səbəb olması ehtimalı var. Hər beş ildən bir həm ölkə, həm də regional səviyyədə mümkün pandemiya üçün hərtərəfli təlim keçirməliyik. Alimlər bu sahədə daha fəal çalışmalıdırlar. Dünyanı indi elmi inkişaf qoruya bilər. Virusa qarşı vaksinlər onu əldə edən ölkələr üçün ən bahalı silahlardan daha çox xeyir verə bilər”, - deyə Bill Qeyts bildirib.

Qeyts 2015-ci ildə xəbərdarlıq etmişdi ki, yoluxucu virus dünya əhalisi üçün nüvə müharibəsindən daha böyük risk yarada bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »