Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan trans yağlarla bağlı faciəvi siyahıda liderlər arasında yer alıb
Azərbaycan trans yağlarla bağlı faciəvi siyahıda liderlər arasında yer alıb

Hələ ötən əsrin 90-cı illərində əhalinin trans yağlarla bağlı narahatlığı vardı. Onda hazırlanmasında kimyəvi maddələrdən istifadə olunan məhsullar bazara yeni ayaq açırdı. İnsanlar hiss edirdi ki, bu yağların orqanizmə yalnız zərəri var. Sadəcə, sosial vəziyyətin ağırlığı nisbətən ucuz başa gələn məhsullara müraciət etmək məcburiyyəti yaradırdı.

Bizimyol.info xəbər verir ki, Azərbaycan trans yağlarla bağlı faciəvi siyahıda liderlər arasında yer alıb. Ümumdünya Səhiyyə Təşkilatı 16 ölkədə vəziyyətin bərbad olduğunu bildirir. Bu dövlətlərdən 9-da profilaktika siyasəti həyata keçirilmir.

Azərbaycanda trans yağların istehsalı ilə bağlı geniş məlumat verilmir. Amma yaxşı məlumdur ki, hətta ayrı-ayrı yağların hazırlanmasında bu əlavədən istifadə olunur. Bundan başqa, yarımfabrikat məhsullarda, şirniyyatlarda, “fast food” qidalarında trans yağlar yer alır.

Söhbət süni yağ növündən gedir. Bu, bitki tərkibli yağa hidrogenerasiya proseduru tətbiq etməklə əldə olunur. Bu növ yağ mənfi xolestreni yüksəldərək infarkta, damarların tıxanmasına gətirib çıxarır. Təsadüfi deyil ki, Azərbaycan ürək-damar xəstəliklərindən ölüm hallarına görə də lider yerlərdən birini tutur.

Trans yağ doymamış yağ asitlərinin ümumi adıdır. Çox yüksək istilikdə əldə edilir. Bu növ yağlardan uzun illər ərzində istifadə etmək olar. Amma sağlamlıq buna imkan verməlidir. Çünki ölümcül xəstəliklərə yoluxmaq ehtimalı yüksəlir.

Siyahıda Azərbaycan, Ekvador, Butan, Misir, İran, Nepal, Pakistanla yanaşı, Avstraliya və Cənubi Koreya kimi inkişaf etmiş ölkələr də yer alıb. Bu dövlətlərdə profilaktika siyasəti bərbad durumdadır.

Trans yağlar təksə ürək-damar xəstəliklərinə səbəb olmur. Azərbaycanda xərçəngə, diabetə yoluxanlarının sayının çoxluğu həm də belə kimyəvi yolla məhsulların hazırlanmasına görədir. Bu cür hesabatlardan xəbər tutanda aydın olur ki, Azərbaycanda insanlar necə ağır şərtlərlə həyatda qalmağa çalışır. Ölkədə yüzminlərlə adam bir qarın yemək üçün işləyir, mübarizə aparır. Belə məhsullar isə insanları qısa zamanda sıradan çıxarır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »