Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq İsveçin baş naziri ilə NATO-ya üzvlük prosesinin müzakirə edib
Stoltenberq İsveçin baş naziri ilə NATO-ya üzvlük prosesinin müzakirə edib

NATO-nun baş katibi Yens Stoltenberq İsveçin baş naziri Ulf Kristersson ilə bu ölkə üçün Şimal Alyansına üzvlük prosesinin başa çatdırılmasının vacibliyini müzakirə etdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Stoltenberq "Twitter" hesabından verdiyi açıqlamada Kristerssonla danışdığını bildirib.

Ukraynanın özünümüdafiə haqqının qorunmasına dəstəyin gücləndirilməsi məsələsini müzakirə etdiklərini bildirən Stoltenberq: "İsveçin NATO-ya üzvlük prosesini tamamlamasının əhəmiyyətinə də toxunduq", - deyə İsveçin baş naziri ilə görüşü barədə verdiyi məlumatda bildirib.

NATO-nun baş katibi bəyanatlarında tez-tez Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarının qanuni olduğunu həmçinin Türkiyənin İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü "Üçlü Əhd" çərçivəsində təsdiqləyəcəyinə əmin olduğunu bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »