Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bolqarıstan prezidenti parlamenti buraxır
Bolqarıstan prezidenti parlamenti buraxır

Bolqarıstan Prezidenti Rumen Radev çərşənbə axşamı günü 48-ci Milli Məclisin buraxılması, yeni hökumətin təyin edilməsi və keçiriləcək növbədənkənar seçkilərin tarixi ilə bağlı fevralın 3-də fərmanlar imzalamaq niyyətində olduğunu açıqlayıb.

Bizimyol.info xəbər verir ki, dövlət başçısı bu barədə Bolqarıstan Milli Televiziyasının efirində açıqlama verib.

“Fevralın 3-də parlamentin buraxılması və aprelin 2-nə seçkilərin təyin edilməsi haqqında fərman verəcəm.

Ümid edirəm ki, deputatlar qalan vaxtdan korrupsiyaya qarşı mübarizə, bərpa və möhkəmlik planı, həmçinin Avropaya inteqrasiyanın seçki vədləri deyil, real prioritetlər olduğunu sübut etmək üçün istifadə edəcəklər”, - deyə Radev bildirib.

Çərşənbə axşamı səhər Bolqarıstan sosialistləri hökumət qurmaq hüququ üçün yerinə yetirilməmiş üçüncü mandatı prezident Rumen Radevə qaytarıblar. Onlar Bolqarıstanın 48-ci Milli Assambleyasında sonuncu partiya olublar. Yeni hökuməti qurmaq şansı olan, lakin digər siyasi hərəkatların liderləri ilə məsləhətləşdikdən sonra baş nazirliyə namizəd irəli sürmək və yeni kabineti formalaşdırmaq hüququndan imtina ediblər.

Radev Mərkəzi Seçki Komissiyasının nümayəndələri ilə də görüşüb, onlarla növbədənkənar parlament seçkilərinin keçirilməsinə hazırlıq tarixlərini dəqiqləşdirib. O, zəmanət alıb ki, aprelin 2-si optimal tarixdir və o vaxta qədər hər şey seçkilərə hazır olacaq.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »