Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: Küçələrinizdə terrorçular gəzəcək, siz də bizdən dəstək gözləyəcəksiniz...
Ərdoğan: Küçələrinizdə terrorçular gəzəcək, siz də bizdən dəstək gözləyəcəksiniz...

Diplomatik mənbələrdən alınan məlumata görə, Ankaranın tələbi ilə Türkiyə Finlandiya və İsveçlə arasında üçtərəfli fevral görüşünü qeyri-müəyyən müddətə təxirə salındığı açıqlanıb.

Bizimyol.info xəbər verir ki, İsveçin paytaxtı Stokholmda bir-birinin ardınca Ankaranın NATO-ya üzvlük üçün təsdiqini gözləyən aksiyalardan sonra Türkiyədən sərt reaksiyalar gəlib və Türkiyə ilə İsveç arasında münasibətlər gərginləşib.

Qeyd edək ki, ifrat sağçı siyasətçi Rasmus Paludana Türkiyə səfirliyi qarşısında Qurani-Kərimi yandırmağa icazə verildikdən sonra Türkiyədən İsveç dövlətinə qarşı sərt reaksiya gəlib.

Nazirlər Kabinetinin iclasından sonra açıqlama verən Ərdoğan: “Aydındır ki, belə bir rüsvayçılığa səbəb olanlar NATO-ya müraciət edərkən artıq bizdən heç bir xeyirxahlıq gözləməyə cəsarət etməzlər. Küçələrinizdə terror təşkilatları dolaşacaq, sonra NATO-ya üzv olmaq üçün bizdən dəstək gözləyəcəksiniz. Belə bir şey yoxdur", - deyə İsveçdəki alçaq hərəkətlə bağlı verilən qərarı açıqlayıb.

"Bizim həm terrorçularla, nə də onları himayə edənlərə  qarşı münasibətlərimimiz bəllidir", - deyə Türkiyə prezidenti qeyd edib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »