Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko təcili hərbi xidmətə və ehtiyata çağırışla bağlı fərman verib
Lukaşenko təcili hərbi xidmətə və ehtiyata çağırışla bağlı fərman verib

Belarus prezidenti Aleksandr Lukaşenko müddətli həqiqi hərbi xidmətə çağırış və ehtiyatda olanrın hərbi xidmətə çağırılması haqda fərman imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə çərşənbə axşamı prezidentin mətbuat xidməti məlumat yayıb.

Sənədə əsasən, cari ilin fevral və mart aylarında müddətli həqiqi hərbi xidmətə çağırış yaşı çatmış və ehtiyatda olan kişilərin xidmətə çağırılması nəzərdə tutulur.

Fərmanda deyilir ki, çağırış gününə qədər 18 yaşı tamam olan və möhlət hüququ olmayan, habelə möhlət hüququnu itirmiş hərbi yaşda olan vətəndaşlar, bundan başqa, kənd təsərrüfatı profilli ali təhsil müəssisələrinin birinci kurs tələbələri arasından təhsilini davam etdirmək üçün hərbi xidmətə çağırışdan möhlət hüququ olan və lakin həqiqi hərbi xidmətdə olmaq arzusunu bildirmiş vətəndaşlar ehtiyata çağırılacaqlar.

“Fərmanın qəbulu respublika dövlət orqanlarına, yerli icra və inzibati orqanlara vətəndaşların hərbi xidmətə və ehtiyata çağırılması ilə bağlı vaxtında tədbirlər görməyə imkan verəcək”, - mesajda deyilir.

Eyni zamanda, sərəncamda müəyyən edilmiş müddəti başa vurmuş hərbi qulluqçuların ehtiyata buraxılması da nəzərdə tutulub.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »