Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tokayev Çinlə əməkdaşlıq sazişini təsdiqləyib
Tokayev Çinlə əməkdaşlıq sazişini təsdiqləyib

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev çərşənbə axşamı Çinlə mülki təyyarələrin axtarışı və xilas edilməsi sahəsində əməkdaşlıq haqqında hökumətlərarası sazişi ratifikasiya edən qanunu imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Müqaviləyə uyğun olaraq, iki ölkə mülki aviasiya vasitələrinin axtarış-xilasetmə əməliyyatlarını təşkil edəcək və həyata keçirəcək. Sənəddə belə deyilir ki, tərəflər Qazaxıstan-Çin dövlət sərhədini və ona bitişik uçuş məlumatı rayonları arasındakı sərhədi özlərinin cavabdeh olduqları axtarış-xilasetmə rayonları arasında sərhədlər hesab edirlər. Eyni zamanda, axtarış-xilasetmə məntəqələri arasında sərhədlərin delimitasiyası Qazaxıstan-Çin dövlət sərhədini dəyişdirmir, ləğv etmir və ona heç bir təsir göstərmir.

Qazaxıstan və Çin ərazisində bütün axtarış-xilasetmə əməliyyatları iki dövlətin qanunlarına uyğun aparılacaq. Tərəflər öz məsuliyyət zonalarında axtarış-xilasetmə əməliyyatlarının həyata keçirilməsindən yaranan xərcləri müstəqil şəkildə ödəyəcəklər. Axtarış-xilasetmə əməliyyatlarının aparılması üçün digər Tərəfin dövlətinin ərazisinə öz xidmətlərini göndərmək istəyən bir Tərəfin səlahiyyətli orqanları digər Tərəfin Axtarış və Xilasetmə Koordinasiya Mərkəzinə sorğu təqdim etməlidirlər.

Saziş iki ölkənin səlahiyyətli orqanları ilə axtarış-xilasetmə xidmətləri arasında əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur. Bu cür əməkdaşlığa birgə axtarış-xilasetmə təlimləri, dövlətlərarası rabitə kanallarının müntəzəm yoxlanılması, müvafiq ekspertlərin qarşılıqlı səfərləri, axtarış-xilasetmə məlumatları və təcrübə mübadiləsi daxildir.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »