Koronavirusa qarşı ilk peyvəndi hazırlamaqla bəşəriyyəti böyük fəlakətdən xilas edən elm adamları doktor Özlem Türeci və Professor Uğur Şahin Almaniyada gündəm olub.
Bizimyol.info xəbər verir ki, Şahin və Türecinin son addımına geniş yer verən alman mətbuatı, belə demək mümkünsə, Berlini ayağa qaldırıb.
2019-cu ilin son aylarında həyatımıza daxil olan Koronavirus (Kovid-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub. Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, belə demək mümkünsə, qabığını dəyişməyə davam edir. Bu yaxınlarda "XBB.1.5 Omicron" variantı ilə adı çəkilən virus dünya miqyasında ölüm hallarının ciddi şəkildə artmasına səbəb olub.
Covid-19 həyatımıza girib dünyanı süpürəndə və minlərlə, hətta yüz minlərlə insan bir anda ölməyə başlayanda hamımızı əhatə edən böyük qorxu dalğası peyvəndlərin tətbiqi ilə qırıldı və pandemiya demək olar ki, sona çatanda geniş yayılmış peyvənd və görülən digər tədbirlərin birləşməsi ilə öz yerini normal nizama buraxdı.
Bu rahatlamanın arxasında duran ən əhəmiyyətli iki ad, şübhəsiz ki, "BioNTech" qurucuları və "Covid-19" peyvəndinin ixtiraçısı Özlem Türeci və Uğur Şahin idi.
Növbəti hədəfi xərçəngə qalib gəlmək olan ikili Almaniyanın gündəminə düşüb. "Bild" qəzeti "Hətta Korona qəhrəmanları da ölkəni tərk edir" başlıqlı xəbərlə Almaniya hökumətini tənqid edib. Xəbər alimlərin xərçəng araşdırmaları üçün əməliyyatlarını Maynsdan İngiltərəyə köçürmə qərarına diqqət çəkib.
"Almaniya istehsalı"nın əvvəllər keyfiyyət əlaməti olduğunu deyən "Bild", bu vəziyyətin dəyişdiyini və bir çox şirkətin fabriklərini və tədqiqatlarını xaricə köçürdüyünü yazıb.
Almaniyanın “Focus” jurnalının məlumatına görə, “BioNTech” tərəfindən hazırlanan və hökumətlə razılaşdırılmış xərçənglə mübarizə peyvəndi cari və gələn il 100 min xərçəng xəstəsinin müalicəsində istifadə olunacaq. Türeci və Şahinin bugünkü təbabətdə böyük bir inqilaba səbəb olacaq "mRNA" əsaslı peyvəndləri, korona və xərçəngdən başqa, Alzheimer-demans, malyariya və vərəm kimi yoluxucu xəstəliklərlə mübarizədə həll yolu ola bilər.
Keçən ilin ortalarında Afrikada (Ruanda) korona peyvəndi istehsal etmək üçün fabrik quran "BioNTech", son zamanlarda İngiltərədə fəaliyyət göstərən araşdırma şirkəti "InstaDeep"i ələ keçirməyə hazırlaşdığı xəbəri ilə gündəmə gəldi.
Bu xəbərlərə görə, "BioNTech", təxminən yarım milyard avroya alacağı süni intellektlə əhəmiyyətli inkişaflar edən bu şirkət vasitəsilə xərçənglə mübarizədə yeni peyvəndlər hazırlamağı hədəfləyir.
Qadir, Bizimyol.info