Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İqtisadiyyatı güclü olmayan ölkə belə döyüşlərin qalibinə çevrilə bilməzdi"
"İqtisadiyyatı güclü olmayan ölkə belə döyüşlərin qalibinə çevrilə bilməzdi"

Müstəqillik, torpağa və vətənə sözsüz məhəbbət tarixlər boyu Azərbaycan xalqının həyat amalı, arzu və istəyi olmuş və bu müqəddəs dəyərlərin həyata keçirilməsi üçün insanlar əsrlərlə mübarizə aparıblar. Tariximizin qızıl səhifələrinə çevrilmiş mübarizə, cəsarət, insanlara qələbə, sevinc töhfələri bu günümüzün reallıqlarını doğuraraq, Azərbaycanı dünyada demokratik, inkişaf edən, sivil mədəniyyətə sahib olan bir dövlət kimi tanıdıb. Torpaqları 30 il erməni təcavüzkarları tərəfindən işğal altında olan, bir milyondan çox qaçqın və köçkünu çətin şəraitdə yaşayan Azərbaycan müsibətlərə düçar olmasına baxmayaraq, daim insanlar üçün sülh, əminamanlıq, əməkdaşlıq, qarşılıqlı anlaşma amalında, arzusunda olub, faşist Ermənistanı da bu yolu tutmağa, torpaqlarımızı sülh yolu ilə qaytarmağa səsləyib. Ancaq Ermənistanın faşist xislətli siyasi - hərbi rəhbərliyi BMT Təhlükəsizlik Şurasının erməni silahlı birləşmələrinin işğal olunmuş Azərbaycan ərazilərini qeyri-şərtsiz azad etmək haqqında 4 qətnaməsinə, eləcə də bir çox beynəlxalq təşkilatların qərarlarına, göstərişlərinə məhəl qoymayaraq, əksinə yeni ərazilərin işğal edilməsi planlarını həyata keçirməyə çalışıblar...

Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev danışıb. O, qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev, müzəffər ordumuz və səbri tükənən xalqımız nəticədə hərb yolunu seçərək, 44 gün ərzində düşmən ordusu tamamilə məhv edib.

Tahir Rzayev Tahir Rzayev

“Bu düşünülmüş hərbi gedişlər, Prezident-xalq-ordu birliyi tərəfindən böyük şücaət və mübarizə sahəsində qazanılan tarixi bir qələbədir. Düşmənin 30 ildə möhkəmləndirdiyi, qurduğu polad istehkamları yarmaq, Şuşa kimi alınmaz bir qalanı misli görünməmiş çətin hərbi əməliyyatlar nəticəsində azad etmək hərb, mübarizə tariximizin qızıl səhifəsidir və bu səhifələrdə dövlətimizin rəhbərinin qətiyyəti, cəsarəti, sadiqliyi, torpağa sonsuz məhəbbəti, əsgər və zabitlərimizin vətən, torpaq sevgisi, unudulmayan, nəsillərə örnək olan qəhrəmanlığı, xalqımızın birliyi və yenilməzliyi əks olunubdur.

Müharibə və tarixi qələbə dünyaya hərbi uğurlarımızı, xalqımızın mübarizliyini göstərməklə, həm də iqtisadiyyatımızın da davamlı və dayanıqlı olduğunu nümayiş etdirdi. Sözsüz ki, iqtisadiyyatı güclü və etibarlı olmayan bir ölkə belə ağır döyüşlərin qalibinə çevrilə bilməzdi. Azərbaycan Prezidentinin iqtisadiyyatımızı inkişaf etdirmək, sahibkarlığa yollar açmaq sahəsində həyata keçirdiyi çox mühüm Dövlət Proqramları, layihələr, qərar və göstərişlər müharibəni qələbə ilə başa çatdırmağa əsl zəmanət oldu, istər müharibədən əvvəl, istərsə də döyüşlər getdiyi günlərdə ölkə əhalisi heç bir iqtisadi çətinliklə qarşılaşmadı. Halbuki Azərbaycanın müharibəyə cəlb edildiyi həmin günlərdə pandemiyanın, iqtisadi çətinliklərin artması dünya ölkələrinin əksəriyyətini çıxılmaz vəziyyətə salmışdı. Ancaq Azərbaycan dövləti pandemiyanın çətinliklərini, həm də müharibənin ağırlıqlarını qətiyyətlə aradan qaldırdı, bununla bərabər iqtisadi cəhətdən çətinlik çəkən, xəstəliyə tablanmayan 50-dən artıq ölkəyə maddi yardım etdi” - deyə deputat bildirib. Onun sözlərinə görə, bütün bunlar iqtisadiyyatımızın davamlı və inkişafda olduğunun göstəricisidir. Yaxşı haldır ki, bu inkişaf müharibədən sonrakı iki ildə daha da sürətlənib. İndi Azərbaycan dövlətinin bu ilki büdcəsi ən yüksək maliyyə artımı olan büdcə kimi dəyərləndirilir və işğaldan azad olunmuş ərazilərin bərpası, təmiri, yenidən qurulması üçün milyardlarla vəsait ayrılıb.

Ərazilərdə Füzuli və Zəngilan beynəlxalq hava limanları tikilib istifadəyə verilməsi, Laçın rayonunda yeni beynəlxalq hava limanının tikintisinin nəzərdə tutulması, yüz kilometrlərlə maşın yollarının salınması, tunellərin çəkilməsi, körpülərin inşa edilməsi, elektrik stansiyalarının quraşdırılması, su anbarlarının yaradılması, çoxmərtəbəli evlərin, xəstəxanaların, məktəblərin tikilməsi məhz iqtisadiyyatımızın gücü hesabınadır.

Tahir Rzayev bildirib ki, zəfərlə başa vurduğumuz 44 günlük Vətən müharibəsindən qalib çıxan ölkəmizdə Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək və ordu quruculuğunu daha da gücləndirməklə bərabər, dövlət başçısı tərəfindən əhalinin sosial rifah halının yaxşılaşdırılması əsas vəzifə kimi qarşıya qoyulub.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Son xəbərlər
Bütün xəbərlər »