Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan İsveç və Finlandiyanın NATO-ya yolunu bağladı
Ərdoğan İsveç və Finlandiyanın NATO-ya yolunu bağladı

Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə razılıq verməsini ertələyə bilər.

Çünki Ankaranın bu iki ölkəni gələcək hərbi müttəfiq kimi deyil, düşmən dövlətlər olaraq görməsi üçün ciddi əsasları var. NATO-nun genişlənməsini arzulamayan Kreml isə bu vəziyyətdən çox məmnundur. Prezident Rəcəb Tayyib Ərdoğan İsveçin NATO üzvlüyünə razılıq verməyəcəklərini bəyan edib. Buna səbəb İsveçdə Quranın yandırılması aksiyasına meriyanın rəsmən icazə verməsi olub.

Politoloq İlyas Hüseynov hesab edir ki, Rusiya Ukrayna müharibəsi fonunda dünyada mühüm dəyişikliklər, qlobal transformasiya gedir. Bu dəyişikliklər həm də geosiyasi planda izlənilməkdədir. “Təbii ki, müxtəlif güc mərkəzləri bu müharibədən istifadə edərək, öz ərazilərini genişləndirir. Bu xüsusda NATO-nun addımları da böyük maraq kəsb edir. Çünki NATO hələ 1997-ci ildən başlayaraq öz sərhədlərini kifayət qədər genişləndirib. Qərb və Rusiya ilə NATO arasında keçirilən son danışıqlarda Rusiyanın tələbi bir qədər də güclənmişdi. 1997-ci il sərhədlərinə NATO-nun qaytarılması əsas tələb kimi irəli sürülürdü. Təbii ki, bu gün güc balansına baxanda, iqtisadi göstəricilərə nəzər salanda deyə bilərik ki, NATO kifayət qədər güclü bir hərbi-siyasi blokdur”.

İlyas Hüseynov İlyas Hüseynov

Politoloqun sözlərinə görə, NATO ikinci dünya müharibəsindən sonra, 1949-cu ildə yaransa da son müharibədən sonra öz fəaliyyətini davam etdirdi. Bu gün də bu blok öz ərazilərini genişləndirmək niyyətini qarşıya qoyur. İsveç və Finlandiyanın NATO-nun üzvlüyünə daxil olması da son baş verən ciddi prosseslər sırasındadır. İlyas Hüseynovun fikrincə, burada NATO-da ikinci böyük orduya və siyasi üstünlüyə malik Türkiyənin haqlı tələbləri də qəbul edilməlidir.

Çünki PKK terror təşkilatına dəstək göstərilməsi, onların İsveç və Finlandiyada gizlədilməsi, Türkiyənin xüsusi xidmət orqanlarını, Türkiyənin təhlükəsizlik strukturlarını ciddi narahat edir.

Türkiyə ərazisində fəaliyyət göstərən terror təşkilatına hamilik edən dövlətlər Türkiyə üçün qəbulolunmaz siyasət yürüdürlər. Bu səbəbdən də Türkiyə həmin dövlətlərin hərbi-siyasi bloka üzvlüyünə qarşı çıxır.

“Bu addımlar Ankara tərəfindən atılsa da, Moskvanın maraqları ilə uyğunluq təşkil edir. Eyni zamanda, Türkiyə yeganə dövlətdir ki hazırda Rusiya-Ukrayna müharibəsini siyasi-dinc danışıqlar vasitəsilə nizamlamaq üçün çalışır.

NATO-nun genişlənməməsi Kremlin maraqlarına uyğun deyə ola bilər ki, Moskvanın belə istəyi olsun. Amma Türkiyənin milli maraqları İsveç və Finlandiya bu ölkənin tələblərini yerinə yetirməyənə qədər hərbi-siyasi bloka üzv olmamasını diktə edir”.

Stokholm və Helsinkinin üzərinə götürdüyü öhdəliklərin hələ tam icrası müaşhidə edilmir.

Bu səbəbdən də yaxın zamanda İsveç və Finlandiyanın NATO-ya üzvlüyü mümkün olmayacaq. Anlaşılan o ki, Ankaranın tələbləri qəbul olunmayana qədər bu dövlətlərin NATO blokuna üzvlüyü uzun zaman çəkəcək”.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »