Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Azərbaycan iki məqsəddən birinə artıq nail olub" - Aleksandr İsgəndəryan
"Azərbaycan iki məqsəddən birinə artıq nail olub" - Aleksandr İsgəndəryan

Ermənistanın Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryan bir neçə gün öncə qeyd edib ki, Azərbaycan indi iki məqsədə çatmaq istəyir, birinə isə artıq nail olub.

Erməni politoloq bildirib ki, Azərbaycanın həllinə nail olduğu əsas məsələ dəhlizdə keçd məntəqəsinin qoyulmasıdır. Belə ki, artıq bu rəsmiləşdirilməsə də, reallıqda Laçın dəhlizində adamlar dayanıb. “İndi insan və yük daşımağın mümkün olub-olmadığı artıq onlardan soruşulur. Bakı sadəcə, bunu rəsmiləşdirmək istəyir”,- deyən erməni vurğulayıb ki, digər məqsədlər sülh müqaviləsinin imzalanması və sülhməramlıların bölgədən çıxarılmasıdır.

Azərbaycanın bu il üçün hədəfi nədir?

“Ağ Partiya” nın sədr müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycan rus sülhməramlılarının nəzarətindəki Laçın yolunu faktiki bağlamağa müvəffəq oldu.

Əhəd Məmmədli Əhəd Məmmədli

Bununla da Azərbaycan təkcə Ermənistana yox, həm də Rusiyaya göstərdi ki, biz istədiyimiz zaman yolu bağlaya bilərik və ya Ermənistanın tarixi ərazimizdən istifadə etmə imkanlarını məhdudlaşdıra bilərik və Rusiya sülhməramlıları da buna əngəl törədə bilməz.

“O yolun bizim tərəfimizdən artıq de-fakto nəzarətə götürülməsi baş verdi. Orada Azərbaycan hərbçiləri tərəfindən rəsmi olaraq nəzarətin həyata keçirilməsi, əraziyə gedən-gələnləri nəzarətə götürməsi günün reallığıdır. Tez bir zamanda Azərbaycan tərəfi buna nail oldu”,- deyən politoloqun fikrincə, ikinci hədəf bu il ərzində Xankəndi və ətrafına yavaş-yavaş müxtəlif Azərbaycan dövlət qurumlarının yerləşdirilməsi və müvafiq ərazilərdə logistika şəbəkəsinin qurulmasıdır.

"İl boyu bu prosses reallaşdırılmalıdır. Artıq onların narahatlığı hiss olunur. Biz onlara Rusiyaya güvənməyin mənasız olduğunu və onların təhlükəsiziliyini qoruya bilməyəcəklərini başa sala bilsək, özləri həmin əraziləri tərk edəcəklər. Bu zaman qarşmıza qoyduğumuz hədəflərin reallaşması daha asan olacaq”.

İradə Cəlil, bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »