Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dillərin sürəti necə hesablanır?
Dillərin sürəti necə hesablanır?

Əminik ki, bir çoxlarınız xarici seriallara baxarkən bu vəziyyəti görmüsünüz. İngilis və ya alman dillərinin danışıldığı seriallar olduqca normal səslənsə də, yapon və ya Çin kimi dillər serialı, filmi baxış zamanı texniki olaraq sürətləndirdiyiniz hissi yaradır.

Dillərin sürətləri həqiqətən bir-birindən fərqlidirmi?

İnsanı digər canlılardan fərqləndirən ən mühüm xüsusiyyətlərdən biri də dildir. Tarixdə coğrafiya və mədəniyyətin dəyişməsi, inkişafı və qarşılıqlı təsiri ilə zaman keçdikcə müxtəlif dillər meydana çıxdı. Bəzi dillərin bir-biri ilə oxşar cəhətləri olsa da, onların hamısında çox fərqli mədəniyyətlər, adət-ənənələr və irslər var. Bir dilin sürətli olub-olmadığını necə müəyyən edə bilərik?

Bizimyol.info xarici mətbuata istinadla xəbər verir ki, dillərin sürətini hesablamaq avtomobilin sürətini hesablamağa bənzəyir, dəyişən yeganə amil "yol" əvəzinə "heca"dır. Dilçilər dilin nə qədər sürətli olduğunu hesablamaq üçün əvvəlcə sözləri hecalara bölürlər. Sonra bu bölünmüş hecaların saniyədə neçə dəfə işlədildiyinə baxırlar. Yəni bir saniyədə işlənən hecaların sayı həmin dilin sürətini ortaya qoyur.

Dillər saniyədə hecaların sayına görə fərqlənir. Bəzi dillərdə digərlərinə nisbətən saniyədə daha çox heca var, buna görə də bu dillər "daha sürətli" olur. Məsələn, italyanca saniyədə 9 hecadan çox sürətlə danışan dillər sırasındadır.

Digərləri ilə müqayisədə sürətli hesab edilən dillər daha az vaxtda daha çox məlumat ötürə bilərmi?

Bu mövzu üzərində işləyən tədqiqatçılar rəqəmsal texnologiyaların ötürülmə sürətini ölçmək üçün istifadə olunan hər bir dil üçün məlumatın ötürülməsini “bit”lə hesablayıblar.

Araşdırmalafın nəticələrinə görə, 643 hecalı yapon dilində hər heca üçün 5 bit, 7 min hecalı ingilis dilində isə hər heca üçün 7 bitdən bir qədər çox məlumat sıxlığı olub. Digər tərəfdən, türkcənin hər hecada 5,5 bit məlumat daşıdığı ortaya çıxıb.

Tədqiqata daxil edilən dillərin sürətləri bir-birindən çox fərqli olsa da, saniyədə ötürülən məlumat demək olar ki, eyni olub.  Nəticəyə görə, dilin sürətindən asılı olmayaraq onların orta sürəti saniyədə 39,15 bit təşkil edir.

Təkamülçü dilçi Fransua Pelleqrino məlumatların dillərlə ötürülməsi ilə bağlı hələ dəqiq bir cavabın əldə edilmədiyini bildirsə də, proqnozları belədir: "Bizim biologiyamız beynimizin nə qədər məlumatı qəbul edə və ya istehsal edə biləcəyi ilə bağlı məhdudiyyətlərə malik ola bilər." Neyroloq De Bur Pelleqrinonun fikri ilə razılaşır: "Düzdür, beynimizin məhdudiyyətləri var. Lakin onlar nitqi dinləyərkən məlumatı emal etmə sürəti ilə deyil, düşüncələri toplama sürəti ilə məhdudlaşır".

Bəli, maraqlı informasıyadır. Ancaq əsas nəticəmiz bu ki, Azərbaycan dili qədər gözəl, axıcı bir dil yoxdur. Dilimizi qoruyaq ki, milli varlığımıza xələl gəlməsin!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »