Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Məhz İrana görə bu günə qədər Zəngəzur dəhlizi açılmayıb"
"Məhz İrana görə bu günə qədər Zəngəzur dəhlizi açılmayıb"

“İran İslam ölkəsi, dövləti deyil. O İslama aid olmayan yeni bir teokratik quruluşdur. Əgər İran həqiqətən də İslam dövləti olsaydı, 50-dən yuxarı islam ölkəsinin heç olmasa biri ilə dostluq, qardaşlıq münasibətləri olardı. Bir dənə islam dövləti göstərə bilməzsiniz ki, İranla münasibətləri normaldır. İranın harada əli varsa orada xaos, anarxiya, milyonlarla insanın faciəsi, fəlakəti var...".

Bu barədə bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Nəsib Məhəməliyev danışıb. Parlamentari dediklərini Yəməndə, Livanda baş verən hadisələrlə əsaslandırıb. O qeyd edib ki, Livan ərəb dünyasında daha modern, daha müasir yönümlü bir dövlət olub. Kifayət qədər zəngin tarixi olan, tolerant bir dövlət olan Livanda indi normal hakimiyyət formalaşdıra bilmirlər. Çünki İranın maliyyələşdirdiyi, bilavasitə yaratdığı, dəstəklədiyi “Hizbullah” terror təşkilatı Livanı yüzillərlə geriyə atdı.

Nəsib Məhəməliyev Nəsib Məhəməliyev

“İraqa baxın, orada gedən prosseslərə... İranın orada elə bir dağıdıcı siyasəti var ki, milyonlarla insan bədbəxt olub. İran milislərinin orada törətdiyi faciələr, qətliamlar dünyanın heç bir ölkəsində baş verməyib bəlkə də. Suriyada, Liviyada baxın hansı prosseslər gedir… Məsələ ondadır ki, İran Azərbaycanda da həmin o dağıdıcı prosseslərin əsasını qoymuşdu. Azərbaycanda da kifayət qədər özünün yetişdirdiyi, aldadıb apardığı Qumda, Məşhəddə və digər yerlərdə dini təhsil adı altında manqurtlaşdırdığı gənclərin bir çoxuna silahlı düşərgələrdə təlim keçərək, Azərbaycanda da öz qondarma dininə hakimiyyət çevrilişi etmək istəyirdi”-deyən deputat vurğulayıb ki, İran İslam dünyası üçün olduqca təhlükəli, uzun müddətə hesablanmış bombadır.

Azərbaycanın tarixi torpaqlarının 30 illik işğal dövründə Ermənistana ən çox dəstəyi məhz İran verdi. Şuşa şəhərinin ilk dəfə işğalı məhz İranın vasitəsi ilə baş verib. Müharibə dövründə Ermənistana açıq şəkildə silah göndərən ərzaq, siyasi, iqtisadi dəstək verən İran olub.

“Bu gün orada İranın göndərdiyi silah maşınlarının, kalonalarının qarşısını almaq istəyən soydaşlarımızın həbsxanalarda çürüməsini görürük. 21-ci əsrdə başqa düşüncəyə sahib olduğuna, siyasi əqidəsinə görə normal yaşayış qurmaq istəyən 18- 22 yaşlı gəncləri küçədə avtokranlarla asan, edam edən rejim heç vaxt islam dəyərlərinə sadiq ola bilməz. Bu rejim islamdan o qədər uzaqdır ki…bu gün İranın yeganə dostu, müttəfiqi Ermənistandır. Ermənistan İslam dövlətidirmi? Xeyr!

İran özünü İslam dövləti adlandırırsa… Baxaq, İranın Pakistanla, Əfqanıstanla, Ərəb, körfəz ölkələri ilə, Azərbaycanla, Tacikistanla,Türkmənistan,Türkiyə və başqa hansı qonşusu ilə bir normal münasibəti var? Bu rejimin anti-insani, anti-bəşəri siması göz qabağındadır. Dünyanın heç bir ölkəsində, heç bir dini lider məhkəməsiz, hər hansı bir araşdırma olmadan fərqli düşündüklərinə görə, insanların qətlə yetirilməsinə qərar verməz. Hansı dindən danışırıq, hansı islamdan danışırıq?”-deyən deputatən fikrincə, bütün bunların fonunda müəyyən siyasilərlə görüşlərdə Azərbaycanı “din qardaşı, dost, qardaş dövlət” adlandırmaq riyakarlığın ən eybəcər formasıdır.

Xatırladaq ki, bu gün Ermənistanın neft, qaz təchizatı, elektrik enerjisinin mübadiləsi, Ermənistan maşınlarının Ənzəli limanı vasitəsi ilə Xəzər dənizinə, körfəzə çıxışını təmin edən İrandır. İran Zəngəzur dəhlizinin açılmasını istəməyən birinci ölkədir. Məhz İran maneəsinə görə bu günə qədər Zəngəzur dəhlizi açılmayıb.

İradə Cəlil, Biizmyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »