Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kim Çen In çox içir və çox ağlayır - "Mirror"
Kim Çen In çox içir və çox ağlayır - "Mirror"

Kim Çen In həkimlərə və həyat yoldaşına qulaq asmır, onların idmanla məşğul olmaq və siqareti tərgitmək tövsiyələrinə məhəl qoymur. Şimali Koreya lideri Kim Çen In orta yaş böhranı səbəbindən spirtli içkilərdən istifadə edir.

Bizimyol.info xəbər verir ki, bu barədə Britaniyanın “ Mirror ” nəşri öz mənbələrinə istinadən yazıb. Dövlət başçısının hər gün spirtli içki qəbul etdiyi və mütəmadi olaraq ağladığı deyilir. Bundan əlavə, Şimali Koreyalı alim Çoi Cinvuk Kim Çen Inın səhhətindən narahat olduğunu, onun tezliklə 40 yaşının tamam olacağını bildirib.

“O, çox tənhadır və təzyiq altındadır”, - deyə Şimali Koreyalı alim Çoi Cinvuk qeyd edib. “Mirror” həmçinin yazır ki, həkimlər və həyat yoldaşı Kim Çen Ina daha tez-tez məşq etməyi tövsiyə ediblər, lakin o, onların tövsiyələrinə məhəl qoymayıb. Onun artıq çəkili və çox siqaret çəkən olduğu deyilir. Xatırladaq ki, bundan əvvəl xəbər verilmişdi ki, Kim Çen Inın doğum günü bu il təmtəraqlı ictimai qeyd etmələr və bu münasibətlə xüsusi tədbirlər olmadan keçib.

Qeyd edək ki, Şimali Koreya liderinin rəsmi olaraq təsdiqlənmiş doğum tarixi yoxdur, lakin Cənubi Koreya nümayəndələri əmindirlər ki, o, 1984-cü il yanvarın 8-də anadan olub və buna görə də onun 39 yaşı olub.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »