Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hitler Almaniyasından qalmış xəzinəni tapmaq üçün hər yeri qazırlar
Hitler Almaniyasından qalmış xəzinəni tapmaq üçün hər yeri qazırlar

Avropada illərdir İkinci Dünya Müharibəsindən qalmış xəzinələrlə bağlı rəvayətlər dolaşır. Hesab olunur ki, Almaniyada Adolf Hitler hökuməti qitənin xeyli yerlərində qiymətli metallar basdırıb. Avstriyada bununla bağlı böyük qazıntı işləri aparılıb. Ortaya hələ də konkret xəzinələr çıxmayıb.

Bizimyol.info xəbər verir ki, Niderlandda buna bənzər hadisələr yaşanır. Ölkənin şərqindəki Ommersen kəndində sakinlər yaşayış məntəqəsində qazılmamış yer qoymayıb. Hər yerdə Hitler Almaniyasından qalmış xəzinə axtarırlar.

Yerli arxiv idarəsi 1944-cü ildə Üçüncü Reyx əsgərlərinin gizlətdiyi xəzinənin yeri barədə məlumatları dərc edib. Bu, qızıl və zinət əşyaları axtarmağa tələsən əhali arasında əsl ajiotaj yaradıb. Arxiv məlumatlarına görə, 1944-cü ildə Hitler ordusunun yerli bankdan oğurladığı qiymətli əşyalar məhz burada gizlədilib.

Xəzinə qızıl, gümüş, almaz və digər qiymətli əşyalardan ibarət olub. Ümumilikdə bir neçə qutuda yer alan xəzinədən söhbət gedir. Bununla da xəzinə ovçuları böyük cekpotu əldə edə bilərlər.

Əslində, xəzinə xəritəsi arxiv idarəsində 75 ildir var. Sadəcə, məxfilik müddəti nəzərə alınıb. Bundan sonra isə ictimaiyyətə vacib məlumat çatdırılıb.

Eyni zamanda, xəzinənin mövcudluğu faktını təsdiqləmək mümkün deyil. Fəal axtarışlara baxmayaraq, sakinlər bir şey ortaya çıxara bilməyib. Ola bilsin ki, xəzinə başqa yerdə gizlədilib. “Cekpot”u əvvəllər kənar insanların əldə etməsi də mümkündür.

İndi Ommersendə çox insan yaşamır. Halbuki hələ 1840-cı ildə kənd əhalisinin sayı 413 nəfər imiş. Ommersen haqqında ilk məlumat 9-cu əsrə aiddir. Onda kənd Homeru adlanırmış.

İkinci Dünya Müharibəsində Ommersen cəbhə xəttinə çox yaxın olub. Bura təşrif buyurmuş Almaniya ordusunun paraşütçülərindən biri sonradan Niderland institutunun əməkdaşlarına xəzinənin yeri barədə eskizləri təqdim edib. Onlar işğalçı qoşunun nümayəndəsinə inanmaq qərarına gəliblər. Xəritədə “X” işarəsi ilə xəzinənin ola biləcəyi yerlər qeyd olunub. Amma bu, Ommersen sakinlərinin köməyinə gəlmir.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »