Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-da koronavirusun yeni növü yayılır
ABŞ-da koronavirusun yeni növü yayılır

Koronavirusun yeni növü XBB.1.5 kraken artıq ABŞ-da bütün ölkəyə yayılıb.

Bizimyol.info Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına istinadən xəbər verir ki, XBB.1.5 krakenin bu növü artıq 29 ölkədə aşkarlanıb.

XBB.1.5 Omicron XBB xəstəliyin digər növlərindən biridir və əvvəlki iki ştamın qarışığıdır. ÜST rəsmisi Maria Van Kerkhove bildirib ki, XBB.1.5 indiyə qədər aşkar edilmiş ən yoluxucu subvariantdır.

Bu dekabrın əvvəlində bütün Covid hadisələrinin yalnız 1 faizini təşkil etsə də, ABŞ Xəstəliklərə Nəzarət Mərkəzlərinin hesablamalarına görə, ayın sonuna qədər bütün infeksiyaların təxminən 41 faizini təşkil edib. ABŞ Səhiyyə rəsmilərinin fikrincə, testlərin azalması səbəbindən yeni növ daha çox və sakitcə yayılır.

“Wellcome Sanger” İnstitutunun gəldiyi qənaətə görə, bu xəstəlik dekabrın ortalarına qədər İngiltərədə Covid infeksiyalarının təxminən 4 faizini təşkil edib. Kanada da isə müşahidə edilməyib. XBB.1.5, digər növlər kimi immunitetdən yayınma əlamətlərinin göstərilməsi ilə fərqlənir. Bu isə o deməkdir ki, o təbii toxunulmazlıqdan və ya peyvəndlər tərəfindən təmin edilən əvvəlki qorunmaya qarşı müqavimətlidir.

XBB.1.5-in şiddəti və ciddi xəstəliyə, ölümə səbəb olma meyli haqqında məlumatlar hələ ki, təsdiqlənmir.

Koronavirus krakenin simptomları ilə bağlı mütəxəssislər hələ konkret və xüsusi bir göstərici müəyyən edə bilməyiblər. Amma koronavirusun Omicron variantının alt növü olduğu üçün əlamətlərin bənzər olduğu düşünülür.

Özünü soyuqdəymə əlamətləri kimi göstərir. Xarici mütəxəssislərin fikrincə, Kraken çox sürətli yoluxur, lakin Omicron qədər ölümcül deyil. Yaşlılarda və xroniki xəstəlikləri olan insanlarda xəstəxanaya yerləşdirmə riskini artırır. Krakenin simptomları arasında COVİD-19-un əlamətlərinə bənzəyən əzələ və bel ağrıları ilə yanaşı, boğaz ağrısı, baş ağrıları, burun tıxanması da müşahidə edilə bilər.

Məlahət Abbasova Məlahət Abbasova

Həkim terapevt Məlahət Abbasova Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, ümumiyyətlə payız-qış ayları xəstəliklər fəslidir. Bu dövrdə, qrip, soyuqdəymə, sətəlcəm, zökəm və bu kimi bənzər əlamətləri olan xəstəliklər müşahidə edilir.

“Xəstəliklərin əlamətləri bənzər olduğu üçün xəstə olduğunu hiss edən insanlar çalışmalıdır ki, cəmiyyət arasında az olsun. Bu məcburiyyətdən doğursa, maska taxmaq önəmlidir”,- deyən həkim bildirib ki, ümumiyyətlə xəstəlik üçün mühim sayılan 7 günə diqqət yetirilməlidir. Bu günlər bütün qış xəstəlikləri üçün önəmlidir. Ev şəraitində müalicə alan xəstələr, mütəmadi olaraq, qapı-pəncərəni açıb, evi havalandırmalıdır. Qidalanmaya xüsusi önəm vermək lazımdır. Bol maye qəbul etmək tövsiyyə edilir. Asqırarkən, öskürərkən xəstəliyin hava damcıları ilə kənara yayılmaması üçün ağızı bağlamaq lazımdır. İctimai nəqliyyatda maskadan istifadə etmək, tutacaqları salfetlə tutmaq və ictimai nəqliyyatı tərk etdikdən sonra əlləri gigienik məhsullarla təmizləmək vacibdir”.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »