Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yəni 30 ildə keçdikləri yol, çatdıqları mənzil və yaşadıqları gün budur"
"Yəni 30 ildə keçdikləri yol, çatdıqları mənzil və yaşadıqları gün budur"

Milli Məclisin deputatı Elnur Allahverdiyev bizimyol.info xəbər portalına açıqlamasında qeyd edib ki, cənab prezident belə bir xəbərdarlığı ermənilərə Praqa görüşündən dərhal sonra verdiyi bəyanatda da etmişdi. “Praqa görüşündə Ermənistan ilk dəfə Azərbaycanın ərazi bütövlüyünü tanıdı və Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu qəbul etdi. Təbii ki, bundan sonra çoxlarını Azərbaycan ərazisində yaşayan ermənilərin aqibəti maraqlandırırdı.

Prezident İlham Əliyev də konkret şəkildə bildirdi ki, bizim vətəndaşlarımız olan və burada qalıb yaşamaq istəyən ermənilər üçün heç bir problem yoxdur, hətta onlar bu halda qazanacaqlar da. Çünki dövlət başçısının milli televiziyalara verdiyi müsahibədə qeyd etdiyi kimi, torpaqlarımız azad ediləndən sonra bütün dünya onların hansı vəziyyətdə yaşadıqlarını gördü. Belə demək mümkündürsə, ağılları varsa, müqayisə etsinlər və nəticə çıxarsınlar. Elə həmin şəraitdə yaşamaq istəyirlərsə, buyursunlar, getsinlər Ermənistanda yaşasınlar. Ermənistan da o vəziyyətdədir. Dövlətimiz bunun üçün onlara lazımi şəraiti yaratmağa hazırdır. Kim qalıb vətəndaşlığımızı qəbul etmək istəyir, özü də əgər o, yaxud onun valideyinləri torpaqlarımız işğal olunanadək burada yaşayıblarsa, onlar da özlərini hər bir vətəndaşımız kimi hiss suveren hiss edə bilərlər. Torpaqlarımızın işğalında iştirak etməyiblərsə, yəni...”-deyə deputat qeyd edib. Onun sözlərinə görə, 30 illik separatçılıq, dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən tanınmamış qanundankənar bir rejimin ermənilərə nə verdiyini, hansı faciələrə səbəbə olduğuna hamı şahiddir.

Elnur Allahverdiyev Elnur Allahverdiyev

“Biz 30 il əvvəl də deyirdik ki, bu mənasız yoldur. İndi informasiya, internet dövrüdür. Özləri də görürlər ki, Azərbaycan nələrə nail olub, onlar harada qalıblar. Yenə orada qanunsuz hakimiyyətdə olan xunta sadə xalqı dolandırsaydı, dərdləri yarı. Ekoloqlarımızın aksiyası başlayandan sonra ortaya faktlar çıxır. Məsələn, bizim qızıl və filiz yataqlarından talan etdikləri milyardlar həmin xuntaya rəhbərlik edən cinayətkarların ciblərinə gedib. İndinin özündə də yataqların istismarı ilə məşğul olan şəxslər Ermənistanın sabiq prezidenti Serjik Sarkisyana bağlı adamlardır. Bu günlərdə ermənilər özləri məlumat yaydılar ki, işğal illərində Qarabağdan 20 tondan çox qızıl çıxarılıb, 26 milyard avroluq filiz. Hara gedib bu vəsait? Qarabağdakı separatçı qurumun illik büdcəsi 400-500 milyondur. Bəs bu pullar hara gedib, əgər ermənilər belə səfil vəziyyətdə yaşayırlarsa? Onlara nəinki Ermənistanın dövlət büdcəsindən transferlər olub, müxtəlif erməni diaspor təşkilatları layihələr adı ilə milyonlarla dollarlar köçürüblər fərqli-fərqli fondlara. O pullar da yeyilib, dağıdılıb. Bəs Amerikanın erməni təşkilatları Serjiklə niyə düşmən idi? Onların pullarını talan etdiyinə görə. Separatçıların bütün rəhbərləri – Qukasyan, Saakyan özlərinə Rusiyada biznes imperiyaları qurublar. Nəyin hesabına? Bizim təbii ehtiyatları talan etməklə, evlərimizi söküb satmaqla və yerli erməniləri aldatmaqla. Yəni 30 ildə keçdikləri yol, çatdıqları mənzil və yaşadıqları gün budur”-deyən deputat vurğulayıb ki, ağılları olsa, Azərbaycan Prezidentinin verdiyi şansdan yararlanaralar.

Çünki 2023-cü il son müddətdir. Ermənilər üçün ən böyük status Azərbaycan vətəndaşlığı ola bilər.

“İstəmirlərsə, yaxşı yol. Heç kimi zorla saxlamaq olmaz, biz də oturub onları gözləyəsi deyilik. Ruben Vardanyanın tətbiq etdiyi talon sistemi uzağı 2-3 ay çəkər. Sonra nə yeyəcəklər?”-deyə deputat fikrini yekunlaşdırıb.

İradə Cəlil

Son xəbərlər
Bütün xəbərlər »