Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dünyada yaşayan 50 milyon azərbaycanlının ürəyi Azərbaycanla döyünür"
"Dünyada yaşayan 50 milyon azərbaycanlının ürəyi Azərbaycanla döyünür"

2020-ci il 44 günlük Vətən müharibəsində qələbə Azəbaycanı regionda güclü bir dövlətə çevirdi. 30 il işğal altında qalan Azərbaycan torpaqları işğaldan azad edildikdən sonra, ermənilərin bu illər ərzində törətdiyi insanlıqdan kənar cinayətlər bütün dünyaya çatdırılması prosesi başladı. Edillidə tapılan kütləvi məzarlıqlar, Azərbaycanın təbii sərvətlərinin yağmalanması, tarixi abidələrinin dağıdılması, insanların soyqırıma məruz qoyulması və s. bu kimi reallıqlar erməni barbarlığının bariz nümunəsi kimi beynəlxalq ictimaiyyətin qarşısına fakt olaraq qoyuldu.

Milli Məclisin deputatı Rüfət Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bütün görülən işlər prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir.

Rüfət Quliyev Rüfət Quliyev

“Fikir verin, bütün çıxışlarında, bütün müraciətlərində, jurnalistlərlə görüşlərində neçə illərdir ki, cənab prezident tam açıq formada yaranan problemləri, onların həlli yolunu, praqnozlarını, gələcəyini hamısını açıqlayır. Dünya ictimaiyyəti onun sözünə çox inanır. Nəzərə alaq ki, Azərbaycanın dünyada nüfuzu, hörməti, səsi gündən-günə artır. Bu gün bizə daha çox rəğbətlə baxırlar. Bizim tərəfimizdə olan ölkələr, xalqlar, dövlətlərin sayı kifayət qədər çoxdur”,- deyən deputat bildirib ki, cənab prezident bu məsələ ilə əlaqədar, Azərbaycanın diplomatik və parlament korpusuna da tapşırıq verib. Belə ki, deputatlar da bu həqiqətləri, bu problemlərin həlli yolu ilə əlaqədar təkliflərini irəli sürür, müraciətlərini edirlər.

“Xaricdə olan zaman və ya xarici qonaqlar Azərbaycanda olanda biz də görüşlər keçiririk. Parlamentarilərə bu sahədə böyük işlər görürlər. İş gedir”-deyən deputat əlavə edib ki, son zamanlar Azərbaycan diasporu da bu sahədə aktiv fəaliyyətlə nümayiş etdirir.

Rüfət Quliyev hesab edir ki, təbliğat-təşviqat işini diaspora da, Dövlət Diaspora Komitəsi kifayət qədər intensiv formada aparır.

“Amma bura da bizim yenə də rezervimiz var. Burada resurslar var, onları gücləndirmək lazımdır. Bu gün elə ölkələr var ki, xarici işlər nazirlikləri, komitələri, parlamentləri Azərbaycana qarşı qeyri-adekvat, qeyri-normal mövqe tuturlar. Bu ölkələrin sırasında ilk yeri Fransa tutur. Eyni zamanda bəzi Baltikyanı ölkələr, Avropanın bəzi ölkələri var. Amerikanın bir neçə ştatı, Hindistanda kifayət qədər ermənipərəst qüvvələr var. İş gedir, işin həcmi də, keyfiyyəti də artır və mən düşünürəm ki, vaxt bizə işləyir”-deyə deputat qeyd edib.

Deputat eyni zamanda ekoaktivistlərin aksiyalarını, mövqelərini və Azərbaycanı bu şəkildə dəstəkləmələrini alqışladığını dilə gətirib. O, hesab edir ki, bu aksiyaların effekti kifayət qədər çoxdur.

“Biz dünyaya həqiqəti yayırıq. Biz dünyada olan bütün mütəxəssisləri, o cümlədən beynəlxalq qurumları dəvət edirik ki, gəlin, baxın və reallıqlarımızı öz gözünüzlə görün. Mən sizə deyim ki, Azərbaycanda olan səfirlər bəlkə də, hər bir səfir azı 2-3 dəfə Qarabağda, Şuşada, Ağdamda olublar. Bütün vəziyyətləri, hər şeyi öz gözləri ilə görürlər və onlar da təbii ki, bunu yayırlar. Burada Ukraynanın Azərbaycandakı səfirini xüsusilə qeyd etmək istəyirəm. O, bir neçə dəfə olub və öz sosial şəbəkə səhifələrində, gördüklərini qeyd edir. Mən eyni zamanda Ukrayna-Azərbaycan dostluq qrupunun rəhbəriyəm. Və öz sahəm üzrə həyata keçirilən bütün işlər diqqətimdədir. Böyük işlər həyata keçirilir və bu işlərə böyük təkan vermək lazımdır. Bununla yanaşı bizim xaricdə yaşayan diasporlarımızı daha sıx birləşdirmək, bizim idealogiyamızı irəli aparmaq zarafat deyil. Dünyada 50 milyondan çox azərbaycanlı yaşayır. Onların hamısının ürəyi Azərbaycanla döyünür. Bütün azərbaycanlılar Azərbaycan prezidentinin və dövlətinin addımlarını dəstəkləyir. Amma dünyada 11-12 milyon erməni var. Siz onların da fəaliyyətinə baxın, analiz edin”-deyə Rüfət Quliyev qeyd edib.

Deputat artıq beynəlxalq aləmdə də böyük dönüş olduğuna inanır. O, hesab edir ki, artıq çoxları baş verən hadisələri başa düşür və gündəlik informasiya müharibəsində bu hiss olunur.

“Baxın mən informasiya mübarizəsi demirəm. İnformasiya sahəsində də, ermənilərlə mübarizə yox müharibə gedir. Dəyişikliklər hiss edilir”-deyə deputat fikrini yekunlaşdırıb.

P.S. Bu gün Azərbaycan Cənubi Qafqazda artıq, güclü qalib bir ölkədir. Ölkə prezidenti cənab İlham Əliyevin güclü siyasəti ilə, artıq biz qalib ölkənin vətəndaşlarıyıq. Və hamımız öz fəaliyyət sahəsində bacardığı qədər Azərbaycan həqiqətlərini dünyaya çatdırmalıdır. Və bu sahədə ən böyük məsuliyyət diaspora və KİV-in üzərinə düşür...

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Son xəbərlər
Bütün xəbərlər »