Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Abonentlərdən 10 gün ərzində qazpulunu ikiqat alıblar - FOTO
“Qaz idarəsinin işçiləri yanvar ayının ayın 9-da gətirib ödənişlə bağlı qəbz verdilər. Qəbzin üzərində sayğaca baxış tarixi 30.12.2017 göstərilsə də, göstəricilər 10 gün sonraya – yəni 09.01.2018-ci ilə aid idi. Sayğacların limitinin ilin sonunadək sıfırlanacağı ilə “Azəriqaz”-dan açıqlama verilsə də, ayın 9-dək olan sayğac göstəricisi 10 qəpikdən deyil, 20 qəpikdən hesablanıb”. Bunu Bizimyol.info saytına açıqlamasında Ağdaş rayon sakini V.Əliyev deyib. Eyni problemlə Ağdaş sakinlərinin çoxu qarşılanıb.

Məsələ ilə bağlı İbrahim Kəlbalıyev Bizimyol.info saytının sorğusuna cavab olaraq deyib ki, bu cür problemlə qarşılaşan abonentlər regional qaz istismar idarəsinə müraciət etməlidir. “Biz əvvəlcədən də qeyd etmişdik ki, sayğacların oxunması istirahət və bayram günlərinə düşdüyündən yanvarın ilk həftəsində yekunlaşdırılıb. Ancaq hansısa abonentin limiti keçib-keçməməsi, sayğacın üzərindəki gösyərici ilə qəbzdəki arasındakı fərq, tarixlərin uyğun gəlməməsi ilə və s. məsələlərlə bağlı müraciətlər regional idarəsinin çikayətlər şöbəsində araşdırılaraq müvafiq qaydada cavab veriləcək”.

Qeyd edək ki, sosial şəbəkəlrdə bu kimi problemlərlə bağlı çoxsaylı problemlər var.

Rəşad VAQİFOĞLU

Son xəbərlər
Bütün xəbərlər »