Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dəri rəngi necə formalaşıb?
Dəri rəngi necə formalaşıb?

Ağ, qəhvəyi, sarışın, kürən, qara kimi bir çox dəri rəngləri var. Bəs qədim dövrlərdə bütün insanların ortaq əcdadının rəngi nə idi?

Hal-hazırda dünyada milyardlarla insan yaşayır.

Bu insanların yaşadıqları yerdən və genetik quruluşlarından asılı olaraq fərqli dəri rəngləri var. Məsələn, daha soyuq iqlimə malik Avropada yaşayan insanların dərisinin ağardığını, günəş şüalarının daha sərt vurduğu isti iqlimə malik Afrikada yaşayan insanların dərisinin daha qara olduğunu görürük. Yəni dəri rəngi yaşadığımız coğrafiyadan asılı olaraq dəyişir. Həmin ərazinin yerləşmə bucağı, iqlimi dəri rəngimizə birbaşa təsir edir. Bəs biz insanların təkamül prossesinə baxanda ilk insanların dəri rəngi nə idi?

İnsanların tüklərindən qurtulduğu zaman bir piqment faydalı olmağa başladı. Melanin adlı piqmentin artması və ya azalması dərinin rəngini təyin edən əsas faktordur. Bir insanın dərisində nə qədər çox melanin varsa, dəri rəngi bir o qədər tünd olur. Bu piqment azaldıqca daha ağarmış dəriyə sahib olacaqsınız.

Əvvəllər insanlar ağ dərili idi, lakin indiki ağ dərili insanlar qara dəridən təkamül edərək yaranıb.

Alimlərin fikrincə, 4 milyon il əvvəl hominidlərin dəri rəngi ağa yaxın idi. Çünki bu dövrdə insanlarda sıx bir tük təbəqəsi var idi və bu tüklər günəş şüalarının qarşısını ala bilirdi.

İnsan təkamülü zamanı dəri rəngi də qara tonlara çevrildi.

İnsan növü ağ dəri rəngi ilə başlasa da, bütün müasir insanların canlı əcdadlarının qara rəngdən təkamül keçirdikləri düşünülür. İnsanlar 1,2-1,7 milyon il ərzində demək olar ki, bütün tüklərini itirir.

Əvvəlki hominid növlərinin dərisi ağ olsa da, təkamül prosesində tüklər yox olduqdan sonra insanlar Günəşdən gələn ultrabənövşəyi şüalara qarşı həssas olmağa başladılar. Afrikada sərt günəş şüalarına məruz qalan insanlar zamanla bu vəziyyətə uyğunlaşmağa başladılar. Təbii seleksiya vasitəsilə nəsillər boyu tünd dərili insanlar həmişə üstünlüyə malik idilər, çünki tünd dəri tonları günəş şüalarına qarşı daha güclü qorunma təmin edirdi. Bu qoruma onları dəri xərçəngi kimi ölümcül xəstəliklərdən də qoruyurdu. Təxminən 150 min il əvvəl əcdadlarımız olan homo sapiens köç etməyə başladı. Afrikadan Uzaq Şərqə və Şimali Avropa ölkələrinə qədər bütün bölgələrə köç edən insanlar, olduqları mühitə uyğunlaşmağa başladılar.

Bu prossesdə günəş işığı az olan bölgələrdəki insanlar daha çox D vitamini almaq üçün açıq dəri rəngləri aldılar.

Əslində bu, təbii seçmə yolu ilə bölgənin şərtlərinə uyğun olaraq müxtəlif dəri rənglərini dəyişdirməyə imkan verdi. Bu gün dəri rəngi ilə bağlı saysız-hesabsız irqçiliyin olduğunu bilirik. İnsanı dəri rənginə görə mühakimə etmək tamamilə yanlış yanaşmadır.

İlahin

Son xəbərlər
Bütün xəbərlər »