Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ermənistan dövləti etdiyi cinayətlərin mütləq qarşılığını almalıdır”
“Ermənistan dövləti etdiyi cinayətlərin mütləq qarşılığını almalıdır”

2020-ci il Azərbaycan tarixinə qələbə ili kimi yazıldı. Minlərlə şəhid versək də, Ali Baş komandanın rəhbərliyi altında 30 ildən çox işğal altında qalan Azərbaycan torpaqları düşmən işğalından azad edildi. Azərbaycan Zəfər tarixini yazdı. Artıq bütün dünya Azərbaycanı qalib ölkə kimi tanıyır. Hələ işğal dövründə BMT-nin qəbul etdiyi və Ermənistan tərəfindən həyata keçirilməyən qətnamələri Azərbaycan xalqı öz gücünə həyata keçirdi. Bu gün Azərbaycanı regionda lider ölkə adlandırmaq olar. Bu qələbə Azərbaycanı sevməyən, erməni havardalarına bir daha sübut etdi ki, Azərbaycan xalqını işğalla, əzməklə, tapdamağa çalışmaqla, saxtakarlıqla məhv etmək mümkün deyil. Çünki biz bir dəfə ölər, min dəfə dirilərik…

Milli Məclisin deputatı Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, 100 illərlə həsrətində qaldığımız, qələbəni dadmaq onu duymaq, bir başqa hissdir. Ali baş, komandanın rəhbərliyi altında şanlı ordumuzun böyük tarixi qələbəsi Azərbaycan insanında özünə inamı, öz böyüklüyünü görməsini, necə monolit olmasını və həqiqətən də birliyin, bir yumruq altında birləşmənin, onu gücə çevrilməsinin necə əzəmətli olduğunu, bütün dünyaya göstərmiş oldu.

Vüqar İskəndərov Vüqar İskəndərov

Deputat qeyd edib ki, müzəffər ali baş komandanın rəhbərliyi altında, şanlı ordumuzun əsgər və zabitlərimizin qələbəsi həm də, bütün dünyaya bəyan etmiş oldu ki, nə qədər ədalətsizlik olsa da, hətta 30 ilə yaxın qətllər, işğallar, soyqırımlar törədilsə də və bunun üstündən uzun müddət keçsə də, hər doğulan azərbaycanlı o torpaqların azad olunması eşqi ilə, yanğısı ilə yaşayırdı. O torpağı heç vaxt görməyənlər, onun barəsində yalnız televizorda və digər mənbələrdə məlumat alan o gənclər qəhrəmanlıq dastanı yazdılar.

Bu gün Ermənistan bütün hüquqi sənədlərdə aqressor, işğalçı ölkə damğası ilə yaşayır. Hər nə qədər vurnuxsa da, özünə “bacılar”, “xalalar” tapsa da, onların dili ilə danışsa da həqiqət birdir. Dünya işğalçını dəstəkləmir. Dünya sabitlik istəyir, tərəqqi istəyir və bu gün Azərbaycanın dünyaya verdiyi sülh mesajları həm də, ölkəmizin nə qədər tolerant, nə qədər sülhsevər, tərəqqipərvər xalq və dövlət olduğunu göstərmiş olur. Torpaqlarımızı işğal etdikdən sonra, həm də beynəlxalq hüququn, hansı rəzilliklə tapdandığının çeynədiyinin şahidi olduq.

“Min illərlə bizə məxsus olan torpaqların yerlə yeksan edilməsi, insanlıq əleyhinə cinayətlər, terrorlar, soyqırımlar, ekoterror, yeraltı sərvətlərimizin talanması bütün bunlar bugünkü reallıqlardır. Bütün bunlara baxmayaraq Azərbaycan bu gün öz gücünə, həm Qarabağ iqtisadi zonasında, həm Zəngəzur iqtisadi zonasında böyük quruculuq, tikinti, abadlıq işləri görür və bunları öz gücünə edir. Ölkə prezidentinin siyasi iradəsinə və xalqımızın mütəşəkkilliyin hesabına həyata keçirilir. Bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Təbii ki, Ermənistan dövləti etdiyi cinayətlərin mütləq qarşılığını almalıdır” - deyə deputat bildirib. O, vurğulayıb ki, Ermənistan beynəlxalq məhkəmələrdə həm insanlıq əleyhinə edilmiş cinayətlər, həm hərbi cinayətlər, həm Azərbaycanın flora və faunasının dağıdılmasını, çayların zəhərlənməsini, məhv edilməsini və s. törətdiyi digər cinayətlərin hesabını verməlidir.

“Biz o gücün də sahibiyik. Necə ki, döyüş meydanında əzmimizi, qüdrətimizi göstərdik indi də, beynəlxalq platformalarda, diplomatik meydanda da həmin gücü nümayiş etdiririk.

Bütün var gücümüzlə Ermənistanın bütün bu etdiyi cinayətlərinin cavabının verilməsini təmin etməliyik. Bununla bağlı, hər bir azərbaycanlının üzərinə bir vəzifə düşür, məsuliyyət düşür. Biz, çalışdığımız, işlədiyimiz, harda olmamızdan asılı olmayaraq, hansı peşənin sahibi olmağımızdan asılı olmayaraq bütün bunların təbliğatını aparmalıyıq. Daha çox dünya mediasında, televiziyalarında məqalələr yazmalıyıq, məlumat ötürməliyik. Adi bir sıravi insan sosial şəbəkələrdə dünyanın başqa ölkələrində yaşayan dostlarına bu məlumatları verməlidir” - deyə Vüqar İskəndərov əlavə edib.

Deputat qeyd edib ki, bütün bunlar özü də bir müharibədir, bir mübarizədir və bu müharibə və bu mübarizə bu gün də davam edir. Vüqar İskəndərov hesab edir ki, öncüllüyü ələ almalı və Ermənistanın törətdiyi bütün cinayətləri dünya ictimaiyyətinə olduğu kimi çatdırmalıyıq.

P.S. Bu gün özünü Azərbaycan vətəndaşı hiss edən, hesab edən hər kəs Azərbaycan həqiqətlərini, erməni yalanlarını dünyaya çatdırmalıdır. Burada əsas iş həm də xaricdə yaşayan soydaşlarımızın üzərinə düşür… Ümid edirik ki, onlar da, öz məsuliyyətlərini anlayırlar…

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.5. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması

Son xəbərlər
Bütün xəbərlər »