Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Newcastle United" Ronaldo ilə bağlı açıqlama yayıb
"Newcastle United" Ronaldo ilə bağlı açıqlama yayıb

Səudiyyə Ərəbistanı təmsilçisi "Əl Nəsr"in heyətinə qatdığı Kriştianu Ronaldo ilə bağlı çaşqınlıq yaşanıb. 37 yaşlı ulduzun Premyer Liqa təmsilçisi ilə müqavilə imzalayacağı iddiası təkzib edilib.

Bizimyol.info xəbər verir ki, bu barədə "Newcastle United" meneceri Eddie Hove diqqət çəkən açıqlama verib.

"Mançester Yunayted"lə müqaviləsinə xitam verən Kriştiano Ronaldo sürpriz şəkildə "Əl Nəsr"ə transfer olunub. Portuqaliyalı ulduzun Səudiyyə Ərəbistanında hər il 200 milyon avro qazanacağı bildirilib. 40 yaşında peşəkar futbol karyerasına son qoyacaq Kriştianu Ronaldonun daha sonra Səudiyyə Ərəbistanının futbol səfiri kimi fəaliyyət göstərəcəyi bildirilib.

Kriştiano Ronaldonun "Əl Nassr"lə imzaladığı müqavilə hələ ki, klub tərəfindən açıqlanmayıb. "Əl Nassr"ın xarici kvotanın dolması səbəbindən komandadan bir oyunçu ilə yollarını ayırmağa hazırlaşdığı öyrənilib. "Əl Nassr" meneceri açıqlamasında: "Əcnəbi oyunçu kvotasına görə hələ də Kriştiano Ronaldonun lisenziyasını ala bilməmişik. Ya əcnəbi oyunçularımızdan birini satacağıq, ya da qarşılıqlı razılaşma ilə müqaviləni ləğv edəcəyik",- deyə bildirib.

İspan mətbuatında çıxan xəbərlərdə bildirilib ki, Kriştiano Ronaldo ilə "Əl Nassr" arasındakı anlaşmada xüsusi bir bənd var: "Premyer Liqa təmsilçisi "Newcastle United"in Çempionlar Liqasına vəsiqə qazanacağı halda, portuqaliyalı ulduz Avropaya qayıdacaq",- deyə mətbuatda qeyd edilib.

"Newcastle United"in baş məşqçisi Eddi Hou mətbuat konfransında Kriştiano Ronaldo ilə bağlı iddialara cavab verib. Eddi Hou deyib: "Cristiano Ronaldo üçün ən yaxşısını arzulayırıq, lakin bu xəbər doğru deyil. Bizim belə bir iddiamız olmayıb".

“Al Nassr”ın təşkil etdiyi möhtəşəm açılış mərasimində çıxış edən Kriştiano Ronaldo “Avropada işim bitdi”,- deyə xəbərin doğru olmadığını bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »