Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada qripə yoluxma halları artıb: 3 ölkə epidemiya elan edib
Avropada qripə yoluxma halları artıb: 3 ölkə epidemiya elan edib

Belçika Milli İctimai Səhiyyə İnstitutu ölkədə yayılan qripin demək olar ki, koronavirus hadisələrinə bərabər olduğunu bildirib.

Bizimyol.info xəbər verir ki, Brüssel ölkədə rəsmi olaraq qrip epidemiyası elan edib.

"Xəstəxanaya yerləşdirilən qripə yoluxma hallarının Covid-19 xəstələrinin sayından çox olması ehtimalı yüksəkdir. Üstəlik, xəstəxanaların yükü də artıb. Tibb işçiləri xəstəliyə yoluxduqca xəstələrin qəbulu azaldılıb. Bu səbəbdən bir çox xəstəxanalarda təcili olmayan müayinələr təxirə salınıb", - məlumatda deyilir.

Daha əvvəl Almaniya və Slovakiyada da rəsmi qrip epidemiyasının olduğu açıqlanmışdı. Digər tərəfdən, sıfır Covid siyasətinə son qoyan Çin, 8 yanvarda məhdudiyyətlərini aradan qaldırıb. Ölkədə keçirilən nümayişlərdən sonra sərt “sıfır hal” siyasətini yumşaldan Çində xəstələrin sayı kəskin artıb.

Fransa Çindən gələn səyahətçilər üçün yeni Covid-19 tədbirləri həyata keçirməyə başlayıb. Avropa Birliyi ölkələrinin və birliyə daxil olmayan Şengen ölkələrinin nümayəndələri yeni tədbirləri müzakirə etmək üçün Brüsseldə bir araya gəlib.

Çinə səfər edən sərnişinlərə və Çindən gələnlərə maska ​​taxmağı tövsiyə etmək qərara alınıb. Bununla belə, ölkələr sərnişinlərdən mənfi Koronavirus testinin aparılmasının məcburi edilməsi fikrində yekdil qərara gələ bilməyib. Bu baxımdan ölkələrin fərdi addımlar atmaq azadlığı var. Əvvəllər İtaliya, İspaniya, Fransa Çindən gələn sərnişinlərdən koronavirus testinin mənfi olmasını tələb edirdi.

ABŞ, Hindistan, İngiltərə və bir çox başqa ölkələr oxşar qərarlar vermişdilər. Ümumdünya Səhiyyə Təşkilatı Çində hələlik yeni variantların aşkar edilmədiyini də açıqlayıb.

Ekspertlər bunun məlumat çatışmazlığı ilə bağlı ola biləcəyindən narahatdırlar.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »