Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: "2023 Ukrayna üçün qələbə ili olacaq"
Zelenski: "2023 Ukrayna üçün qələbə ili olacaq"

Ukraynalılar üçün "qaranlıq, səs-küylü və çətin" ola bilər, lakin onlar heç vaxt qorxmayacaq və utanmayacaqlar.

APA-nın verdiyi məlumata görə, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Yeni il müraciətində deyib.

Onun sözlərinə görə, ölkə üçün il fevralın 24-də başlayıb və Ukrayna ili olub: “Fevralın 24-də oyandıq. Biz fərqliyik. İlk raketlər nəhayət illüziyaların labirintini məhv etdi. Kimin kim olduğunu gördük. Dostlar, düşmənlər və ən əsası özümüzün nəyə qadir olduğumuzu bildik.

24 fevralda milyonlarla insan seçim etdi. Ağ bayraq yox, mavi və sarı bayraq. Qaçış yox, görüş. Düşmənlə görüş. Müqavimət və mübarizə”, - Ukrayna lideri bildirib.

Zelenskinin sözlərinə görə, 2022-ci il ukraynalıların ili olub, 2023-cü il isə onların qələbə ili olmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »