Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kriştiano Ronaldo “Əl-Nasr” Futbol Klubuna keçib
Kriştiano Ronaldo “Əl-Nasr” Futbol Klubuna keçib

“Qızıl top”un beşqat qalibi Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nasr” futbol klubu ilə müqavilə imzalayıb.

Bizimyol.info xəbər verir ki, bu barədə şənbə günü klubun mətbuat xidməti məlumat yayıb.

Müqavilə 2025-ci ilə qədər qüvvədədir: "Bu, sadəcə bir idman hadisəsindən daha böyük şeydir. Bu, klubumuzu yeni zirvələrə ruhlandırmaqla yanaşı, həm də liqamızı və gələcək nəsilləri özümüzün ən yaxşı versiyamız olmağa ruhlandıracaq bir transferdir", - deyə klubun açıqlamasında qeyd edilir.

“Mən həqiqətən özümü başqa ölkədə yeni futbol liqasında sınamaq istəyirəm. "Əl-Nəsr"də çalışmaq çox ruhlandırıcı olacaq deyə düşünürəm. Mən yeni komanda yoldaşlarıma birlikdə olmaqdan məmnunam. Biz birgə fəaliyyətimizlə komandaya daha böyük uğurlar qazanmağa kömək edə biləcəyik”, - deyə Ronaldo bildirib.

Daha əvvəl İspaniyanın “Marca” qəzeti əmək müqaviləsinin ümumi məbləğinin təxminən 100 milyon avro olduğunu yazıb. Nəşrin məlumatına görə, Ronaldo reklam müqavilələrindən daha 100 milyon avro alacaq ki, bu da onu dünyanın ən çox maaş alan idmançısı edəcək.

Noyabrın 21-də İngiltərənin "Mançester Yunayted" klubunun mətbuat xidməti portuqaliyalı ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozduğunu açıqlayıb. Bu, Ronaldonun Qətərdə keçirilən dünya çempionatından əvvəl Britaniyanın “The Sun” nəşrinə verdiyi müsahibədə Hollandiya yığmasının hazırkı baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini deməsindən sonra baş verib.

Ronaldonun 37 yaşı var, o, beşqat Çempionlar Liqasının qalibi, Avropa çempionu, Millətlər Liqasının qalibidir. Portuqaliyalı milli komandalar, Avropa çempionatları, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı və Real Madrid tarixində ən çox qol vuran futbolçudur. Hücumçu 2021-ci ilin yayında "Mançester Yunayted"ə keçib, əvvəllər də bu komandada (2003-2009-cu illərdə) çıxış edib. O, karyerası ərzində Portuqaliyanın “Sportinq”, İspaniyanın “Real” və İtaliyanın “Yuventus” klublarında çıxış edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »