Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni il üçün qarşınıza qoyduğunuz məqsədlərə necə çatmalı? - 6 məsləhət
Yeni il üçün qarşınıza qoyduğunuz məqsədlərə necə çatmalı? - 6 məsləhət

Yeni il üçün geri sayım başlayıb. 2022-ci ili yaxşı və ya pis geridə qoymağımıza çox az vaxt qalıb. Yeni il yeni ümidlər, arzular, məqsədlər və gözləntilər gətirir. İnsanlar çox zaman nəyisə dəyişmək üçün Yeni ili gözləyirlər.

Pəhrizə başlamaq, yeni bir iş, yeni bir sevgi, daha çox məşq etmək, sağlam qidalanmaq, siqareti tərgitmək, arıqlamaq, yeni hobbi tapmaq, pula qənaət etmək, ailə üzvləri ilə daha çox vaxt keçirmə... Hər kəsin öz düşüncəsi, arzuları, xəyalalrı, planları var.

Araşdırmaya görə, Yeni il qərarları alan insanların 46 faizi həmin arzuları həyata keçirə bilir. Bu nisbət yaxşı görünsə də, yeni ildə qərar verən insanların yarıdan çoxunun qərarlarını həyata keçirə bilməməsi deməkdir. Xoş niyyətlə, bəlkə də böyük arzularla verilən qərarlar unudulur, köhnə vərdişlər geri qayıdır.

Bəs insanların Yeni il qərarlarını yerinə yetirməmələrinin səbəbi nədir?

Mütəxəsislərin fikrincə, insanların Yeni il qərarlarını həyata keçirməməsinin səbəbi çox zaman qeyri-real qərarlar qəbul etmələridir. Yeni il qərarlarına sadiq qalmaq üçün nə etmək olar?

1. Realist olun, sizin üçün uyğun və mümkün olan qərarlar qəbul etməklə başlamaq vacibdir. Sizə yaraşmayan bir qərar nə qədər ideal olsa da, real olmaya bilər. Gündə bir qutu siqaret çəkən biri üçün ertəsi gün siqareti buraxmaq real məqsəd deyil. Azaltmağı hədəfləməklə başlaya bilərsiniz.

2. Vaxt ayırın, qəbul etdiyiniz bütün qərarları eyni anda həyata keçirmək məcburiyyətində deyilsiniz. Onların hamısını birlikdə tətbiq etmək yorucu ola bilər, unutmayın ki, dəyişiklik asan deyil. Hədəflərinizdən birini seçin və onu həyata keçirmək üçün əlinizdən gələni edin. Bir qədər irəliləyiş əldə etdikdən sonra digər qərarlarınızla bağlı hərəkətə keçə bilərsiniz.

3. Məqsədlərinizi bölüşdürün və idarə edin. Böyük, uzunmüddətli hədəflər çətin ola bilər. Böyük məqsədləri idarə oluna bilən qısamüddətli hədəflərə bölmək daha rahatdır.

4. Müəyyən, ölçülə bilən, məhdud vaxtda əldə ediıə bilən məqsədlər qoyun. Özünüzü başqaları ilə müqayisə etməyin.

5. Qərarlarınızı yazın, bu məqsədlərinizi aydınlaşdırmağa və yadda saxlamağa kömək edə bilər.

6. Məqsədləri oxşar olan insanlarla birlikdə irəliləyin. Sizinlə eyni və ya oxşar məqsədi olan bir dostunuz varsa, birlikdə irəliləyə bilərsiniz. Bir-birinizdən dəstək almaq və prossesdəki çətinlikləri bölüşmək motivasiyanızı artıracaq. Özünüzü məhdudlaşdırmayın. Davranışınızı dəyişdirmək üçün təkcə Yeni ili düşünməyin.

Dəyişiklik həmişə baş verə bilər. Bunun nə vaxt olacağına ən yaxşı şəkildə qərar verə bilərsiniz. Hər gün yeni bir gündür və yenidən başlamaq mümkündür!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »