Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın keçmiş Milli Qəhrəmanını niyə öldürmək istəyiblər
Azərbaycanın keçmiş Milli Qəhrəmanını niyə öldürmək istəyiblər

Azərbaycanın keçmiş Milli Qəhrəmanı, Birinci Qarabağ Müharibəsi dövründə batalyon komandiri olmuş Rasim Əkbərova qarşı sui-qəsd ittihamı üzrə bir ildir davam edən məhkəmə prosesi başa çatıb.

Bizimyol.info xəbər verir ki, keçmiş Milli Qəhrəmanı öldürməyə cəhddə ittiham olunan 29 yaşlı xaliq Məmmədov 14 il azadlıqdan məhrum edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində ona hökm oxunub.

Hadisə 2021-ci il sentyabrın 8-də Goranboy şəhərində çayxanada baş verib. Cinayət işinin materiallarında yazılanlara əsasən, Xaliq Məmmədov Rasim Əkbərova 8 bıçaq zərbəsi burub.

İttihama əsasən, Xaliq Məmmədov həbsdə olan tanışının buraxılmasına kömək göstərməsi üçün Rasim Əkbərova müraciət edib. Daha sonra çayxanada onun yanına gedib. Həmin vaxt telefonla danışan Rasim Əkbərov şəxsi söhbəti olduğunu bildirərək, ondan kənarda dayanmasını istəyib. Bu cür danışıq tərzi əvvəllər həbsdə olmuş Xaliq Məmmədovun xoşuna gəlməyib. O, cibindəki bıçaqla Rasim Əkbərovu vurub.

Lakin həmin vaxt Rasim Əkbərov ona müqavimət göstərib – bir əli ilə ürək nahiyəsini tutub saxlayıb ki, bıçaq ora dəyməsin, masanın üstündəki qaynar çayniki Xaliq Məmmədova tərəf atıb, onu yerə yıxıb və s. Bu zaman Xaliq Məmmədov durub qaçıb.

Təqsirləndirilən Xaliq Məmmədov sui-qəsd ittihamını qəbul etmir, Rasim Məmmədovu öldürmək niyyətində olmadığını deyir. Onun sözlərinə görə, atası Füzuli Məmmədov 90-cı illərdə Rasim Əkbərovun komandir olduğu batalyonda xidmət edib. Ona yaxınlaraq, Füzuli Məmmədovun oğlu olduğunu, psixi xəstəlikdən əziyyət çəkdiyini, yardıma ehtiyacı olduğunu deyib. O da yardım edəcəyinə söz verib. Ona görə çayxanada görəndə yaxınlaşıb: “Telefonla danışırdı, dedi ki, rədd ol, söhbətim var, başqa nalayiq ifadələr də işlətdi...”

Rasim Əkbərov isə bildirib ki, Xaliq Məmmədov birinci dəfə hadisədən 3-4 gün əvvəl evinin qarşısında, sürücüsünün yanında ona yaxınlaşıb, tanışının həbsdən buraxılmasına köməklik göstərməsini istəyib. Bir də hadisə günü çayxanada ona yaxınlaşıb: “Məndə olan məlumata görə, Goranboyda nüfuzuma, rayon sakinlərinin mənə hörmətinə görə məni öldürmək niyyəti olub”.

Rasim Əkbərov Qarabağ döyüşlərindəki xidmətlərinə görə 23 iyun 1992-ci ildə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülsə də, sonradan dövlət dövlət çevrilişinə cəhd ittihamıyla həbs olunub. O, 15 il azadlıqdan məhrum edilib. Həmçinin “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı, “Azərbaycan Bayrağı” ordeni də alınıb. 2008-ci ildə əfv sərəncamıyla həbsdən buraxılıb.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »