Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zəngli saat olmadığı vaxtlarda insanlar necə oyanırdı...- Maraqlı üsullar
Zəngli saat olmadığı vaxtlarda insanlar necə oyanırdı...- Maraqlı üsullar

Müasir bəşəriyyət olaraq demək olar ki, həyəcan siqnallarından asılı olaraq yaşayırıq. Uzun illər əvvəl erkən qalxmaq indiki qədər asan deyildi.

Bəs müasir həyəcan siqnalı (zəngli saat) icad edilməzdən əvvəl insanlar necə oyanırdılar?

Bu suala cavab axtarmazdan əvvəl ilk “ibtidai taymerin”, yəni saatın necə yaradıldığını bilmək laızmdır.

Qədim yunanlar və misirlilər günəşin hərəkətinə uyğun olaraq kölgənin hərəkəti ilə işləyən günəş saatları və obelisklər yaradıblar. 1500-cü illərdə bəşəriyyət qum saatları və su saatları istehsal etməyə başladı.

Bizimyol.info xəbər verir ki, ixtiralar olmadığı dövrdə insanlar tez oyanmaq üçün çoxlu su içib yatırdılar. Su içmə sayəsində yuxudan tez oyanıb, işlərini görə bilirdilər. Sidik kisəsinə nəzarət sistemi adlanan bu oyanma sistemindən o zamanlar yerli amerikalılar da istifadə edirdilər.

Bəzi insanlar isə saat ixtira edilməzdən əvvəl şamdan istifadə edirdilər. Qədim dövrlərin ilk ixtiralarından biri olan şam xatırlatma kimi istifadə edilirdi. Bu zaman şamda istənilən vaxt intervalına mismar taxılır və ərimiş mum damcıları mismar səviyyəsinə çatdığı zaman şamdanın altına düşərək səs çıxarırdı.

Bəs ilk zəngli saat necə yarandı?

“Həyacan siqnalı” ideyası qədim yunan fiziki və riyaziyyatçısı Ktesibiusa aiddir. Ktesibius su çənini müəyyən bir ritmlə dolduraraq işləyən su saatının ixtiraçısıdır. Bu ilk zəngli saatdır, lakin kifayət qədər səs-küy olmadığı üçün həyəcan yaradıb yuxunu pozmaq üçün çox da yaramırdı.

Sonra filosof Platon öz zəngli saatını icad etdi. Bu, su saatıdır və öz səsi ilə insanları oyandıran ilk uğurlu mexanizmdir. Platonun ixtira etdiyi zəngli saat yunan mühəndislik məktəbini daha səmərəli edir. O, bu həyəcan siqnalına siferblat və göstərici əlavə edərək həyəcan siqnalını planlaşdırmağa başlayır. Onun sayəsində insanlar tarixdə ilk dəfə nə vaxt oyanacaqlarını idarə etməyə başlayırlar.

Daha sonra qədim yunanlar ilk mexaniki saatı icad etdilər. Bu ixtira zamanla dünyanın hər bir sivilizasiyasına yayıldı.

Sənaye inqilabından sonra insanlar necə oyanırdılar?

Sənaye inqilabından sonra İngiltərə və İrlandiyada “arousers” fəal rol oynamağa başladı. Bu “oyanan insanlar” oyandırılacaq adamın pəncərəsinə uzun çubuqla vuraraq onları oyandırana qədər işləyirdilər. Oyananlar zəngli saatdan bir neçə qəpik daha ucuz xidmət göstərdiyindən bu işə böyük tələbat var idi. Zəngli saatın qiyməti münasib səviyyəyə qədər ucuzlaşıb xalq arasında geniş yayılandan sonra bu peşəyə son qoyuldu.

1876-cı il oktyabrın 24-də Amerikalı saat ustası Sez Tomas müasir sayıla biləcək istənilən vaxt quraşdırıla bilən mexaniki zəngli saatı patentləşdirdi.

Bu saat texnologiyadan əvvəlki zəngli saatların sələfi idi. Bu gün isə siqnalizasiya sistemi o qədər kiçik və praktik hala gəlib ki, smartfonlarımız vasitəsilə cibimizə girə bilir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »