Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkmənistanda subay və yaşı 40-dan az olan qadınlara qəribə münasibət...
Türkmənistanda subay və yaşı 40-dan az olan qadınlara qəribə münasibət...

Türkmənistanda Sərdar Bedıməhəmmədov prezident seçiləndən qadınlarla bağlı qadağaların sayı artıb. Onlar daha sürücülük vəsiqəsini də rahat ala bilməyəcəklər. Bunun üçün mütləq ailəli olmalısan. İmtahana gələndə qadınlardan ailə vəziyyəti ilə bağlı arayış və iş yerindən xarakteristika əks olunmuş sənəd tələb edirlər.

Bizimyol.info xəbər verir ki, Türkmənistanda qadının sürücülük vəsiqəsi əldə etməsi üçün yaşı 40-dan az olmamalıdır. Qeyri-rəsmi tələblərdən biri də budur. Qadınlara etibarnamə ilə avtomobil idarə etməyə də icazə verilmir.

Əslində, əvvəllər də vəziyyət indikindən yaxşı deyildi. Bir neçə ildir, Türkmənistanda qadınlar, ümumiyyətlə, sürücülük hüququ ya əldə edə bilmir, ya da yeniləmə imkanından məhrumdur. 2020-ci ilin sonunda 40 yaşdan yuxarı qadınlar üçün sürücülük vəsiqələri yeniləndi və sonra bəzi gənc qadınlar avtomobil idarə edə bildilər. Bundan başqa, xarici səfirliklərin işçiləri və ailə üzvlərinə, əlillərə, xərçəng xəstəliyindən əziyyət çəkənlərə də şərait yaradıldı.

Yol polisində kişilərdən daha az sənəd tələb olunur. Müstəqil jurnalistlər onlar üçün də şərtlərin əlverişli olmadığını düşünür. Onlara görə, Rusiya ilə müqayisədə Türkmənistanda kişilər sürücülük vəsiqəsi almaq üçün xeyli çox əziyyət çəkirlər.

Bildirilir ki, bütün sənədləri qaydasında olan qadınları da yol polisi çox get-gələ salır. Bəzən aylarla gözləməli olursan. Dəfələrlə yol polisinə zəng vurub imtahan gününü dəqiqləşdirmək lazım gəlir. İmtahandan sonra da yenə aylar sürən proses başlayır.

Sıfırdan sürücülük hüququ əldə etmək, demək olar, mümkün deyil. Baxmayaraq ki, qadınlar sürücülük məktəbində problemsiz oxuya bilərlər. Bəzi günlərdə imtahan verənlərin əksəriyyətinin qadınlar olduğu qeyd edilir. Çünki zərif cinsin nümayəndələri daha çox əngəllə qarşılaşır, xeyli mübarizə aparmaq lazım gəlir.

Türkmənistanın hakimiyyət orqanları gender bərabərliyi ilə bağlı BMT və digər beynəlxalq təşkilatlara mütəmadi olaraq rəsmi hesabat verir. Ölkə BMT-nin Əhali Fondunun dəstəyi ilə hazırlanmış 2021-2025-ci illər üçün Gender Bərabərliyi üzrə Milli Fəaliyyət Planını qəbul edib. BMT-nin yerli ofisinin saytında bu planla bağlı qeyddə Türkmənistanda mövcud sürücülük vəsiqələri və ya digər spesifik problemlər barədə bir söz də yoxdur.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »