Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ankaraya gəlib, Atatürkü ziyarət etməmək heç bir Türkə yaraşmaz - Video
Ankaraya gəlib, Atatürkü ziyarət etməmək heç bir Türkə yaraşmaz - Video

Anıtkabir Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yerləşən və Mustafa Kamal Atatürkün məqbərəsini özündə birləşdirən kompleksdir. Kompleks Emin Onat və Orhan Arda tərəfindən layihələndirilib. Anıtkabirin tikintisinə 1944-cü ildə başlanılıb və 1953-cü ildə tamamlanmışdır. Anıtkabir məqbərə binasından, müxtəlif abidələrindən və meşəlik ərazidən ibarətdir.

Atatürk 1938-ci ilin 10 noyabrında dünyasını dəyişdikdən sonra Ankarada məqbərə tikilənə qədər onun cənazəsi Ankara Etnoqrafiya Muzeyində saxlanıldı. Məqbərənin tikiləcəyi yerin müəyyən edilməsi üçün komissiya yaradıldı. Və 1939-cu ildə məqbərənin tikilməsi üçün Rasattəpə uyğun yer kimi göstərildi. Daha sonra abidənin tikilməsi üçün beynəlxalq layiə müsabiqəsi elan edildi. 1942-ci ildə müsabiqə baaş çatdı və nəticələrə görə, Emin Onat və Orhan Ardanın layihəsi qəbul edildi.

1944-cü ilin oktyabrın 9-da məqbərənin təməli qoyuldu. 1953-cü ildə Anitkabirin tikintisi başa çatdı və elə həmin ilin noyabrın 10-da Atatürkün cənazəsi buraya köçürüldü.

Sonradan burada İsmət İnönü, Cemal Gürsel və 1960-1963-cü illərdə dəfn edilən 11 nəfərin cənazələri 1988-ci ildə Anıtkabirdən çıxarıldı.

Qeyd edək ki, bu gün Ankaraya yolu düşən hər kəs Anıtkabiri ziyarət edir. Xüsusən də azərbaycanlıları mütləq Atatürkü ziyarət edirlər. Və kiminsə yanında “Ankaradaydım” desən, soruşur ki, “Atatürkü ziyarət etdinmi?”… Çünki Türkiyədə uzun illər keçsə də Atatürk sayğıyla anılır, qəlblərdə yaşadılır. Bizim də yolumuz bir payız günü Ankaradan düşdü. Ankaraya gəlib, Atatürkü ziyarət etməmək isə, heç bir Türkə yaraşmaz. Odur ki, Atatürkü ziyarət etdik. Həm də onun necə sevildiyinə yenidən şahid olmuş olduq.

Qeyd edək ki, Anıtkabirdəki bütün xidmət və işlərin məsuliyyəti Türkiyə Silahlı Qüvvələri Baş Qərargahına məxsusdur. Burada keçiriləcək fəaliyyətlər qanunla tənzimlənir. Türkiyədə milli bayram günlərində və noyabrın 10-da Atatürkün vəfatının ildönümündə hökumət tərəfindən Anıtkabirdə rəsmi anma mərasimləri keçirilir. Anıtkabir həm də xarici dövlət rəsmilərinin Türkiyəyə rəsmi səfərləri zamanı tez-tez səfər etdikləri və rəsmi mərasimlərin keçirildiyi yerdir. Ankara rəsmi və ciddi "havası" olan şəhərdir.

Bura gəldiyiniz zaman Məhəmməd Əmin Rəsulzadənin məzarını, Anıtkabiri ziyarət etmədikdə, sanki səyahət-ziyarət yarım qalmış kimi hiss edirsən…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »