Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ dövlət qurumlarında "TikTok" qadağan edilir
ABŞ dövlət qurumlarında "TikTok" qadağan edilir

ABŞ-ın federal hakimiyyəti, bir çox ştatların ardınca "TikTok" sosial şəbəkəsini qadağan edib.

"Report" xəbər verir ki, bu barədə "Fox News" telekanalı məlumat yayıb.

Respublikaçılar Partiyasının nümayəndəsi Nikol Malliotakis qadağanın həm milli, həm də kibertəhlükəsizlik baxımından əhəmiyyətini qeyd edib.

"İki il əvvəl bu addım hərbi dairələrdə atılıb. Onların ardınca daxili təhlükəsizlik departamenti qərar verib. "TikTok"un hazırkı qadağası bu addımın məntiqi davamıdır", - Malliotakis qeyd edib.

Onun sözlərinə görə, bu, həm də bütün ABŞ vətəndaşlarının təhlükəsizliyi məsələsidir, çünki platformada hər bir istifadəçinin şəxsi məlumatları toplanır. Malliotakis qeyd edib ki, 100 milyon amerikalı "TikTok" istifadəçisidir.

"TikTok təkcə şəxsi məlumatları toplamaqla kifayətlənmir, həm də yalan məlumatlar yayır. Bu, Çin Kommunist Partiyasının öz vətəndaşlarına nəzarət etmə üsuludur. Ölkəmizdə buna icazə verə bilmərik", - Malliotakis bildirib.

Gənc nəsli bu sosial şəbəkənin mənfi təsirindən necə qorumaq barədə sualı cavablandıran Malliotakis söyləyib ki, gələn il Konqresdə bu platformanın ölkə daxilində tam qadağan olunması ilə bağlı müzakirələr aparıla bilər.

"Bu məsələ təkcə valideynləri deyil, həm də hökuməti narahat edir", - siyasətçi əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »