Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Böyük Qayıdış" futbol çempionatında final oyunu keçirilib
"Böyük Qayıdış" futbol çempionatında final oyunu keçirilib

Azərbaycan Respublikası Elm və təhsil nazirliyinin Təhsil də inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olan komandası müəyyənləşib.

Bizimyol.info xəbər verir ki, Füzuli rayonu üzrə keçirilən "Böyük Qaydış" futbol çempionatı layihəsinin son final oyunları keçirilib.

Çempionatın əvvəlindən 37 komandanın mübarizə apardığı yarışda finala vəsiqə qazanmış Qayıdış - 6 saylı məktəbin komandası ilə UGİŞM futbol komandası mübarizə aparıb. Gərgin keçən final oyununda UGİŞM-nin futbol komandası yarışın qalibi olub.

Final mərhələsində layihə rəhbəri Quliyev Mirdamet İbad oğlu, məktəbin direktoru Məhərrəm Orucov, layihənin eksperti Ehtiram Sadıqzadə, veteran məşqçilər Rəftar İmanov, Asəf Qasımov çıxış ederək futbolçu-şagirdlərə yarışda iştirak etdikləri üçün təşəkkür edib, onlara təhsildə və idmanda uğurlar arzulayıblar.

Finalda qalib gələn komandalara kubok və sertifikatla yanaşı layihə üçün xüsusi hazırlanmış futbol köynəkləri hədiyyə edilib.

Son xəbərlər
Bütün xəbərlər »