Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Belarusdan hücu edəcəyi barədə məlumat yoxdur - Kəşfiyyat
Rusiyanın Belarusdan hücu edəcəyi barədə məlumat yoxdur - Kəşfiyyat

Ukraynanın Baş Kəşfiyyat İdarəsinin (BKİ) rəhbəri Kirill Budanov bildirib ki, hazırda ölkəyə Rusiyanın Belarusdan hücumu təhlükəsi yoxdur, lakin yenə də bunu istisna etmək olmaz.

Bizimyol.info xəbər verir ki, Budanov “The New York Times” qəzetinə müsahibəsində Rusiya və Belarus qoşunlarının fəaliyyətini sadə manevrlər və ya çaşdırmaq yaratmaq üçün hazırlanmış hiylə kimi qiymətləndirib.

“Bütün bunlar dezinformasiya kampaniyalarının elementləridir. Bu ehtimalı gözdən salmaq düzgün olmazdı, amma onun mövcudluğunu təsdiq edən hər hansı sübutumuz olduğunu söyləmək də yanlışdır”, - deyə İdarə rəisi bildirib.

Uzunmüddətli risklər hələ də qalmaqdadır. Lakin mətbuatın da qeyd etdiyi kimi, Budanov təsdiqləyib ki, hazırda heç bir kəşfiyyat məlumatında Belarusdan birbaşa təhlükə olduğu göstərilmir.

Budanov bildirib ki, Belarusda təlim qrupu hələ yaradılmayıb və təlim-məşq toplanışları daha sonra şərqə göndərilən çağırışçılarla doludur. Bundan əlavə, Belarusdakı poliqonlarda hücumu həyata keçirmək üçün texniki cəhətdən sağlam vəziyyətdə olan kifayət qədər zirehli texnika yoxdur.

Baş Kəşfiyyat İdarəsinin rəisinin sözlərinə görə, Rusiya hərbçiləri şəxsi heyəti Belarusa köçürməklə Ukrayna Silahlı Qüvvələrini həyəcanlandırmağa çalışıblar. Sovet İttifaqı İkinci Dünya Müharibəsi zamanı oxşar taktikadan istifadə edərək, əsgərləri hücumu və ya geri çəkilməyi imitasiya etmək üçün faydasız istiqamətlərə səfərlərə göndərirdi.

Belarusda rus əsgərlərini daşıyan bir qatar bu yaxınlarda Ukrayna ilə sərhəddə yarım gün dayanıb və sonra bütün əsgərlərlə birlikdə geri qayıdıb, Budanov bunu "karusel" adlandırıb.

Rusiya dekabrın əvvəlində qoşunlarını Belarus-Ukrayna sərhədinə çəkməyə başlayıb. Buna baxmayaraq, Rusiya Fedarasiyası Silahlı Qüvvələrinin şimalda böyük əməliyyatına hazırlıq barədə hələ də məlumat yoxdur.

Müharibənin Tədqiqi İnstitutu istisna etmir ki, Rusiya Ukrayna qüvvələrini gözlənilən növbəti zərbədən yayındırmaq üçün qonşu ölkədə, ola bilsin, Luqansk və ya Xarkov vilayətində öz qoşunlarının manevrlərini gücləndirib. Analitiklər Rusiyanın Belarusdan işğala davam etməsini qeyri-mümkün, lakin real kimi qiymətləndirirlər: "Rusiya məğlubiyyətin əvəzini çıxmaq, xalqın hiddətini soyutmaq üçün hər vaxt irrasional planlar düşünə bilərlər. Lakin bu baş versə, Kremlin növbəti uğursuz cəhdlərindən biri kimi dəyərləndiriləcək", - deyə onlar qeyd edirlər.

Eyni zamanda, nə Ukrayna Baş Qərargahı, nə də NATO Rusiyanın hələ də növbəti böyük hücuma cəhd edəcəyinə şübhə etmir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »