Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zelenski: Onlar xristian dəyərlərinə də əhəmiyyət vermirlər
Zelenski: Onlar xristian dəyərlərinə də əhəmiyyət vermirlər

Ukrayna prezidenti Vladimir Zelenski ölkəsini qarşıdan gələn Milad bayramı mövsümündə Rusiyanın mümkün hücumlarının artması ilə bağlı xəbərdar edərək, xalqını hava hücumu siqnalları zamanı laqeydlik etməməyə, bir-birinə kömək etməyə və bir-birinə qarşı diqqətli olmağa çağırıb.

Bizimyol.info xəbər verir ki, cümə günü gecə videomüraciətində Zelenski vəziyyəti nəzərdən keçirmək üçün yüksək səviyyəli hərbi komandirləri ilə görüşdüyünü və hökumətinin “terror dövlətinin müxtəlif fəaliyyət ssenarilərinə hazırlaşdığı”nı söylədi. “Biz onlara lazımi cavab verəcəyik”, - deyə bildirib.

"Bayram mövsümünün yaxınlaşması ilə rus terrorçuları yenidən fəaliyyətlərini sürətlə gücləndirəcəyi məlumatlarını artırırb. Onlar xristian dəyərlərinə və ya bu mövzuda heç bir dəyərə əhəmiyyət vermirlər. İşğalçı dövlətin rəhbərliyi üçün heç bir ülvi hiss anlayışı mövcud deyil", - deyə Zelenski bildirib.

Ukrayna lideri Rusiyaya qeyri-adi kəskin xəbərdarlıq da edib. Rus dilinə keçən Zelenski xəbərdarlıq edərək deyib: “Rusiya vətəndaşları aydın şəkildə başa düşməlidirlər ki, terror heç vaxt cavabsız qalmır. Xüsusilə də, Ukrayna dövləti və xalqı ərazi itkilərini qəbul etməyəcək. Dövlətimizin müstəqilliyinin sarsıdılması məqsədi ilə başladılan müharibədə bizə dəyən maddi və mənəvi zərəri unutmayacağıq. Yalnız ərazilərimiz tam azad edildikdən sonra Kremillə qonşuluq məsələləri barədə danışa bilərik”.

Son günlər Ukrayna hərbi rəhbərliyi dəfələrlə ölkənin infrastrukturuna və enerji təchizatına mümkün yeni raket hücumları barədə xəbərdarlıq edib ki, bu hücumlar artıq son həftələrdə dron və raket hücumları nəticəsində baş tutur, milyonlarla insan işıqsız, istiliksiz, susuz qalıb.

Cümə günü Ukrayna hərbçiləri bildiriblər ki, Qara dənizdə Rusiya hərbi-dəniz bölməsi, o cümlədən qanadlı raketlərlə təchiz olunmuş döyüş gəmisi fəallaşıb, həmçinin Ukrayna kəşfiyyatının məlumatına görə, Moskva Ukraynanın şərqindəki və cənubundakı cəbhə xəttinə qoşun hissələri göndərir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »