Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin ABŞ-ın “Patriot” sistemlərini “S-300”lə müqayisə edib
Putin ABŞ-ın “Patriot” sistemlərini “S-300”lə müqayisə edib

Kiyevə “Patriot” sistemlərinin tədarükü Ukraynada müharibənin uzanmasına gətirib çıxaracaq.

“Report” xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Patriot”a gəlincə, bu, yetərincə köhnə sistemdir, məsələn, bizim “S-300” kimi işləmir. Ancaq buna baxmayaraq, bizə qarşı çıxanlar bunun müdafiə silahı olmasına əsaslanırlar - yaxşı, olsun. Bunu sadəcə nəzərdə saxlayacağıq”, - dövlət başçısı vurğulayıb.

“Əlacı həmişə tapılacaq. Qoy təmin etsinlər, biz onları sınağa çəkərik”, - deyə Prezident “Patriot” sistemlərini şərh edərkən əlavə edib.

Xatırladaq ki, “Patriot” zenit-raket komplekslərinin Ukraynaya çatdırılması dekabrın 21-də Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri zamanı elan edilib və bu, Ukrayna liderinin müharibə başlayandan bəri ilk xarici səfəri olub.

Son xəbərlər
Bütün xəbərlər »