Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: "Rusiya Ukraynadakı münaqişəyə son qoymağa çalışacaq"
Putin: "Rusiya Ukraynadakı münaqişəyə son qoymağa çalışacaq"

Rusiya Ukraynadakı münaqişəyə son qoymağa çalışacaq və nə qədər tez olsa, bir o qədər yaxşıdır.

"Report"un məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Dövlət Şurasının iclasının yekunlarına dair mətbuat konfransında deyib.

Putin Moskvanın Kiyevlə danışıqlardan imtina etmədiyini də qeyd edib: "Rusiya heç vaxt Ukrayna ilə danışıqlardan imtina etməyib. Dialoqa başlamayan Kiyev olub".

Rusiya lideri bütün silahlı münaqişələrin danışıqlarla bitdiyini vurğulayıb və belə qənaətə gəlib ki, Kiyev bunu nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır.

Son xəbərlər
Bütün xəbərlər »