Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cazla muğam bu dəfə İstanbulda sintez edildi - Video
Cazla muğam bu dəfə İstanbulda sintez edildi - Video

Ötən gün Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə Azərbaycanın İstanbulda yerləşən konsulluğunun təşkilatçılığı ilə muğam ilə cazın ecazkar sintezini birləşdirən İsfar Sarabski kvartetinin konserti keçirildi. Tədbirdən öncə konsul Nərminə Mustafayeva qeyd etdi ki, möhtəşəm mərasim “Dünya azərbaycanlılarının həmrəylik gününə” həsr edilib.

“2022-ci ilin sonuna yaxınlaşırıq. Bir-birimizlə dərin, səmimi, xoş duyğularla görüşməyimizdən çox məmnunam. Bugünki konsertimizi Dünya azərbaycanlılarının həmrəylik gününə həsr etmişik. Çünki 31 dekabrda biz azərbaycanlılar “Yeni il”i qarşılayarkən, həm də “Həmrəylik günü”müzü qeyd edirik.

1991-ci ildə Azərbaycanın ulu öndəri Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların həmrəyliyini, birliyini göstərmək üçün, onların arasındakı bağlılığı daha da gücləndirmək üçün 31 dekabr gününü “Dünya azərbaycanlılarının həmrəylik günü”elan etdi. Bu, bütün dünyada bizim günümüzdür”-deyən konsul bildirib ki, hər bir insanın milli kimliyi onun qürur qaynağıdır. O, qeyd edib ki, dünyanın 70-dən çox ölkəsində 50 milyondan çox azərbaycanlı yaşayır və işləyir. Onların milli-mənəvi varlıqları bizim Azərbaycan dövlətini yaşadır.

“Azərbaycan! Güclü və müstəqil Azərbaycanımız. Bizim müstəqiliymizin, birliyimizin təməlini dövlətimizə, dövlətçiliyimizə, dilimizə, dinimizə, tariximizə, mədəniyyətimizə, bütün dünyəvi dəyərlərə olan hörmətimiz bu dəyərləri qorumağımız və yaşada bilməyimiz təşkil edir. Hər bir dövlətin, milətin birliyi çox önəmli faktordur. Burada bu günü qeyd etməyimiz bizi daha çox xoşbəxt edir. Çünki biz Türkiyədəyik, İstanbulda qardaşlarımızın arasındayıq. Hər zaman olduğu kimi Türkiyə xalqının Azərbaycana, bizim milətimizə olan dəstəyi əvəzediməzdir"-deyə konsul əlavə edib.

Sonra İsfar Sarabski kvartetinin konserti başaldı. Tədbirdə Azərbaycan bəstəkarları ilə yanaşı dünya klassikasından əsərlər səsləndirildi. Xüsusilə tar və ud ifaçısı Bəhruz Zeynalovun ifası Azərbaycanın musiqinin incəliklərini özündə əks etdirirdi.

Cazla muğamın sintezini biz daha əvvəl də eşitmişdik, amma bu musiqi qrupunun təqdim etdiyi əsərlər xüsusilə fərqlənirdi. Çünki seçilən əsərlər klassika idi və eyni zamanda ifaçılar musiqiyə xüsusi rəng qatırdı.

Konsertə Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyinin İstanbul təmsilçisi Zeynəb Kaleli, Sarıyer Bələdiyyə başkanı Şükrü Genç, konsullar və əməkdaşları, eləcə də ürəyində Azərbaycan sevgisi olam digər qonaqlar dəvət edilmişdi.

P.S. Bu gün heç bir azərbaycanlı özünü Türkiyədə yad, tənha hiss etmir. Türk qardaşlarımız həyatın hər bir sahəsində dəstəklərini əsirgəmir, bizi öz vətənimizdə olduğumuz kimi hiss etdirirlər. Bu qardaşlıq, bu dostluğun əbədi olacağına hamımız inanırıq

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »