Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Baydenin "Patriot" qərarı digər ölkələr üçün də qapıları açır"
"Baydenin "Patriot" qərarı digər ölkələr üçün də qapıları açır"

“ABŞ prezidenti Co Baydenin “Patriot” hava hücumundan müdafiə sistemlərini Ukraynaya ötürmək qərarı müttəfiqlərin oxşar addımları üçün qapı açır”.

Bizimyol.info xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba prezident Zelenskinin ABŞ-a səfərinin nəticələrini şərh edərkən bildirib.

"Ukrayna tezliklə bu ultra-müasir sistemlərin ilk akkumulyatorunu alacaq və bu, səmanın mühafizəsinin tamamilə yeni səviyyəsidir. Daha da önəmlisi, prezident Baydenin bu qərarı digər “Patriot”lar üçün də qapı açır",- deyə XİN rəhbəri qeyd edib.

Kuleba həmçinin bildirib ki, ABŞ-ın bu qərarına gedən yol uzun olub və hələ tammiqyaslı müharibədən əvvəl başlayıb. Onun sözlərinə görə, Andrey Yermak 2021-ci ilin aprelində ABŞ-a bu kompleksi verməyə ilk açıq çağırış edib.

Dmitri Kuleba Dmitri Kuleba

"Onların bu çağırışa necə şübhə ilə yanaşdığını xatırlayıram, lakin biz bütün səviyyələrdə inandıq və işlədik. 2021-ci ilin noyabr-dekabr aylarında danışıqlarda bu məsələni necə qaldırdığımı xatırlayıram. Müharibənin elə ilk günlərində prezident Zelenski, Yermak, mən, Reznikov amerikalı tərəfdaşlarımızı bir daha inandırdıq ki, bizə “Patriotlar” lazımdır! Artıq noyabrın sonunda biz bu söhbəti yenidən gücləndirdik. Xüsusilə, NATO nazirlərinin görüşündə olarkən açıq şəkildə dedim ki, transformatorlar və Patriotlar üçün gəlmişəm”, - deyə Kuleba əlavə edib.

Onun sözlərinə görə, yekun akkord dekabrda Ukrayna və ABŞ liderləri arasında telefon danışığı zamanı baş tutub. “Ukraynadakı "Patriotlar" xilas edilmiş həyatlar və mülki infrastruktur deməkdir. Bu, qorxutma və terror rıçaqlarını itirəcək Rusiya üçün növbəti strateji məğlubiyyətdir. Qələbə günümüz yaxınlaşır. Üstəlik, danışıqlarda “Patriot”lardan başqa bir çox vacib mövzular da var idi”,- deyə nazir vurğulayıb.

Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ-a səfəri fonunda ABŞ-ın dövlət katibi Entoni Blinken çərşənbə günü Ukraynaya ilk dəfə olaraq “Patriot” hava hücumundan müdafiə sistemi, 1,85 milyard dollarlıq yeni hərbi yardım paketini elan edib.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »