Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Əslində o, Rusiyanın gücünün məhdud olduğunu etiraf edib"
"Əslində o, Rusiyanın gücünün məhdud olduğunu etiraf edib"

“Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına səbəb ola bilər”.

Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas telekörpü zamanı deyib. Bu isə Azərbaycanı açıq şəkildə təhdid etmək deməkdir. Hər halda yerli mətbuat Stanislav Zasın bu açıqlamasını Azərbaycan üçün təhdid kimi qiymətləndirir. Əslində isə S.Zasın bu açıqlaması Rusiyanın gücünün hüdudlarını aydınlaşdırıb.

Tarixçi, politoloq Rizvan Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, əslində Stansivlav Zas başqa fikir deyib.

Rizvan Hüseynov Rizvan Hüseynov, tarixçi

“Zas verilən suala cavab verib. Yəqin ki, bu sualı verən ya Ermənistan jurnalisti olub, ya da onlara pərəstiş edən media nümayəndəsi. O soruşub ki, “dəfələrlə Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərginləşib. Niyə 2020-ci il müharibəsindən sonra KTMT öz sülhməramlı missiyasını Azərbaycan-Ermənistan sərhədində yerləşdirməyib?" Buna cavab olaraq Zas bildirib ki, müvafiq məsələ çox mürəkkəbdir. Həmin vəziyyətdə KTMT bunu etsəydi, onda bu regionda bir sıra ölkələrin iştirakı ilə münaqişəyə, müharibəyə gətirib çıxara bilərdi. Yəni burada heç bir təhdid yoxdur. Əslində Zas bildirir ki, bu mümkünsüzdür, yəni xüsusilə Rusiya üçün. Çünki KTMT bu qədər qüvvəni bura göndərə bilməz. Azərbaycan Ermənistan sərhədi 9 yüz kilometrdən çoxdur və ən çətin coğrafi şəraitdə, dağlıq ərazidədir. Bura Rusiya sülhməramlılarının kontingentini yerləşdirmək çətin olardı”,- deyə o Zasın açıqlamasına şərh verib.

R.Hüseynov həmçinin bildirib ki, Rusiyanın əsas qüvvələri indi Ukrayna müharibəsinə qatılıb. Ekspertin fikrincə, Zas bu açıqlama ilə əslində, faktiki olaraq etiraf edir ki, Rusiya maksimum şəkildə nə bacardı, onu edə bildi.

“Məhdud sayda rus sülhməramlı kontingentini Qarabağa göndərildiyini bilirik, onların da fəaliyyəti göz önündədir. Ona görə Azərbaycan aktivlik göstərir. Rus sülhməramlıları Qarabağda nəyi edə bilmirsə və yaxud hansısa başqa maraqlara görə etmirsə, o məsələlərdə Azərbaycan təzyiq göstərərək lazımi tədbirləri görəcək və bütün ermənilərin yaşadığı əraziləri nəzarətə götürəcək”,- deyən politoloq bildirib ki, hazırda Azərbaycan burada baqşa üsullara, hibrid və yaxud yumşaq üsullara üstünlük verir.

R.Hüseynov hesab edir ki, bu məsələlər yumşaq güclə həllini tapmasa, o zaman Azərbaycanın qarşısına qoyduğu məsələləri həll edə bilmək üçün hərbi-siyasi rıçaqları var.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »