Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Regional müharibə təhdidi: KTMT nə istəyir?!
Regional müharibə təhdidi: KTMT nə istəyir?!

Kollektiv Təhlükəszilik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas telekörpü zamanı bildirib ki, bir neçə dövlətin iştirakı ilə regional müharibə başlaya bilər. O qeyd edib ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət bir neçə dövlətin iştirakı ilə regional müharibənin başlanmasına səbəb ola bilər. Bu mümkündürmü?

Politoloq Tural İsmayılov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, istənilən halda Azərbaycan-Ermənistan sərhədində gərginliyin yaranma səbəbləri və yaxud bundan sonra yaranmasına səbəb olacaq amillər birbaşa Ermənistanın fəaliyyəti ilə bağlı olan bir məsələdir.

Tural İsmayılov Tural İsmayılov

“Təəssüflər olsun ki, həm rəsmi Moskva, həm də rəsmi Brüsselin moderatorluğu altında keçirilən görüşlərdə razılıqlar əldə edilsə də, Ermənistan günü bugünə qədər üzərinə götürdüyü öhdəliklərə əməl etməyib. Ermənistanın öhdəliklərə əməl etməməsi problemin daha da dərinləşməyinə səbəb olur”,- deyə politoloq bildirib.

O ki qaldı Azərbaycan-Ermənistan sərhədində gərginliyin regional müharibəyə səbəb olma ehtimalına politoloq qeyd edib ki, bu çox ciddi təhdiddir. Elə ona görə də bizim beynəlxalq birlikdən, özəlliklə regionun güclü dövlətlərindən əsas gözləntimiz ondan ibarətdir ki, Ermənistanın provokasiyalar etmək imkanlarının qarşısı alınsın və məhdudlaşdırsın.

“Amma təəssüflər olsun ki, Ermənistandakı SOROS-çuların bugünə qədərki ərköyünlüklərinə lazımı cavab verilmir. Türkiyədən başqa heç bir dövlət Ermənistan təxribatlarını açıq adı ilə çağırmaq istəmir, əksinə bu təxribatlara rəvac, dəstək verir”-deyən ekspert bildirib ki, bundan sonra regionda istənilən eskalasiya və hansısa hərbi toqquşmada yeganə günahkar Ermənistan siyasi-hərbi rəhbərliyidirn.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »